“Cümhuriyyət İli”nə hekayə müsabiqəsi

“Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət dərgisi Cümhuriyyət ili münasibətilə hekayə müsabiqəsi elan edib.

Müsabiqəyə  1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən,  həmin dövrdə baş vermiş  istənilən hadisəni, ictimai-siyasi, sosial-mədəni mövzuları əhatə edən hekayələr qəbul edilir. Hekayələrin janrına məhdudiyyət qoyulmur.

Hekəyələr aprelin 10-una qədər “Ustad” dərgisinin elektron poçtuna (ustaddargisi@gmail.com)   göndərilə bilər.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan hekayələr Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin qalibi mükafatlandırılacaq. Seçilmiş hekayələr “Ustad” dərgisinin Cümhuriyyət ilinə həsr olunmuş xüsusi buraxılışında dərc ediləcək.

Əfsanə Bayramqızı

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 168
  • 29
  • 954
  • 2,828
ILK-10 Azeri Website Directory