Bu gün üçüncü – Yel Çərşənbəsidir

Yel ünsürü ilə bağlanan çərşənbə xalq arasında “Yel çərşənbə”, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınır. “Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapmışdır.  “A Yel baba, Yel baba, Gözləyirik, gəl, baba”—deyə oxumuşlar.

Xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən “yel”,  kainatın  yaradılmasında  əsas yer tutan dörd ünsürdən biridir. Əski inamlarda yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün  dünyanın yaradıcısı tərəfindən göndərilən bir qüvvə kimi göstərilir. O, köməkedici, cəzalandırıcı funksiyaya sahibdir. Əski etiqadlardan qaynaqlanan materiallarda  “qara nəhr”də yatmış dörd cür külək  – ağ yel, qara yel, xəzri, gilavar Yer üzünə çıxır. Hərəsinin də öz donu olur. Bu donların rəngləri də mifik dünyagörüşündən qaynaqlanır.   Ağ yel– ağ libasda, qara yel – qara libasda,  xəzri – göy libasda, gilavar – qırmızı libasda təsvir edilir.

Əski inanclarda Yel baba rabitə yaradan vasitə hesab edilirdi.  Yel od çərşənbəsində qalanan tonqalın odunu-alovunu ellərə yayır, torpağı oyatmağa tələsir. Yel çərşənbəsi günü digər çərşənbələrdə olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə plov, əsasən də, südlü plov, bulğur aşı bişirilir. Süfrəyə dənli bitkilərdən hazırlanmış çərəzlərdən, quru meyvələrdən və şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə başlanır, səməni cücərdilir, bəzi evlərdə isə azca boy atmış səməninin belinə qırmızı qurşaq bağlanır.

Bu ərəfədən başlayaraq, bayram üçün yeni geyimlər alınır.  Yel çərşənbəsində xüsusi ayinlər də icra olunur; Yel çərşənbəsində söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun.

Zərifə BƏŞİRQIZI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory