Seçkilərdə beynəlxalq müşahidəçilərin çoxluğu göstərir ki, Azərbaycan dünya üçün maraqlıdır

Azərbaycanda keçirilən bütün seçkilərdə biz – mədəniyyət və incənət xadimləri mütəşəkkil iştirak edir, bütün seçiciləri də bu siyasi kampaniyanın fəal iştirakçısı olmağa çağırırıq. Seçki, xüsusilə prezident seçkiləri çox mühüm bir kampaniyadır. Bu seçkilərdə ölkənin, xalqın, Vətənin taleyi həll olunur. Biz gələcəyimizi seçəcəyimiz namizədə etibar edirik. Ona görə də seçkilərdə fəal iştirak edib ən layiqli namizədə səs verməliyik.

Ölkəmizdə seçkilərin şəffaf keçirilməsi üçün zəngin qanunvericiliklə bərabər, maddi-texniki baza da var. Bura müşahidələrin aparılması, veb-kameraların quraşdırılması, barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi və digər məsələlər daxildir. Yəni, dünyada seçki ilə əlaqədar mövcud olan bütün müasir nəzarət üsulları ölkəmizdə tətbiq olunur.

Azərbaycan Respublikasının Seçki Məcəlləsi namizədlərin hüquqlarını bərabər şəkildə təmin edir. Prezidentliyə namizədlərin toxunulmazlığı, onların müdafiəsi mexanizmləri qanunvericilikdə öz əksini tapıb. Bununla yanaşı, seçkiyə hazırlıq və seçki zamanı hər hansı bir qanun pozuntusu baş verərsə, şikayətlərə qısa zaman ərzində baxılması və digər bu cür məsələlər qanunvericiliklə tənzimlənir.

Hazırda, respublikamızın bütün bölgələrində prezident seçkilərinə ciddi hazırlıq gedir. Seçici siyahıları hazırlanaraq məntəqədə seçki komissiyalarının yerləşdiyi ərazilərdə müvafiq yerdən asılıb. Əhali arasında maarifləndirmə işi yüksək səviyyədə qurulub. Bu işdə kütləvi informasiya vasitələrindən istifadə olunması təqdirəlayiq haldır. Çünki bu gün hər bir evdə televiziya var. Əhalinin seçki ilə əlaqədar maarifləndirilməsində televiziyaların rolu böyükdür.

Prezident seçkiləri böyük siyasi hadisədir. Bu seçkilər ölkənin taleyini həll edir. Hazırda Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Son illər nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini ölkəmizdə keçirmələri də bundan xəbər verir. Bu gün sabitliyin təmin olunmasına görə respublikamız dünyaya nümunə göstərilir. Məhz buna görə də son illər mötəbər tədbirlər, nüfuzlu beynəlxalq idman yarışlarının keçirilməsi üçün Azərbaycana üstünlük verilir.

Ölkəmizdə bütün seçkilərin sabit şəraitdə, insidentsiz keçirilməsi düzgün müəyyənləşdirilmiş siyasi kursun nəticəsidir. Seçkilərin dünya standartları səviyyəsində keçirilməsi Azərbaycanın demokratik ənənələrə sadiqliyinin təsdiqidir.

Azərbaycanın sürətli inkişafı, dünya birliyindəki mövqelərinin getdikcə möhkəmləndirilməsi, demokratik ənənələrə sadiqliyi antiazərbaycan qüvvələri ciddi narahat edir. Həmişə olduğu kimi, bu dəfə də ölkəmizdə keçiriləcək siyasi kampaniya ərəfəsində çaşqınlıq yaratmaq istəyirlər. Özlərini dünyada sülhün, əmin-amanlığın, demokratiyanın və insan haqlarının “tərəfdarı” kimi təqdim edənlər min bir fitnə -fasadla seçki ərəfəsində qarşıdurma yaratmağa çalışırlar. Lakin heç bir təzyiq və təhdid bizi yolumuzdan döndərə bilməz. Aprelin 11-də bunun şahidi olacağıq və daha bir şəffaf, demokratik tələblərə cavab verən seçki keçirəcəyik.

Mənsum İBRAHİMOV,
Xalq artisti,
Prezident təqaüdçüsü

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory