“11 aprel prezident seçkilərinin də azad, demokratik və şəffaf keçiriləcəyinə əminəm”

Son 20 il ərzində ölkəmizdə şəffaf, obyektiv seçkilərin keçirilməsi ənənə halını alıb.  Məntəqələrdə quraşdırılan veb-kameralar həm vətəndaşlarımızda, həm də müşahidəçilərdə seçkilərin demokratik gerçəkləşəcəyinə inamı daha da möhkəmləndirib. Bununla yanaşı, respublikamızda demokratik seçki qanunvericiliyinin olması, seçkilərin demokratik normalara və beynəlxalq standartlara uyğun şəkildə reallaşdırılması üçün bütün lazımi tədbirlərin görülməsi bu mühüm siyasi kampaniyanın xalqımızın iradəsini ifadə edəcək formada keçirilməsinə təminat verən cəhətlər kimi qeyd edilməlidir.

Bütün bunlar Azərbaycan ictimaiyyətində 11 aprel prezident seçkilərinin də demokratik, şəffaf və ədalətli keçiriləcəyinə əminlik yaradır. Şübhəsiz ki, şəraitin mövcudluğu əsasən ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi ilə bağlıdır.

Burada bir məqamı da xatırlatmaq istərdim. Bir ziyalı, respublikamızın siyasi, sosial-iqtisadi həyatı ilə sıx bağlı olan alim kimi tam əminliklə bildirirəm ki, qarşıdan gələn prezident seçkiləri şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçiriləcək və bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirəcək. Eyni zamanda, budəfəki prezident seçkilərində də xalqımız düzgün seçim edəcək. Ölkə vətəndaşlarının inandığı, ümid bəslədiyi şəxs seçkilərdə böyük və inamlı qələbə qazanacaq. Bu qələbənin kökündə, əsasında isə ulu öndərimizin yenidən Azərbaycana rəhbərliyə qayıdışından indiyədək əldə edilən çoxsaylı uğur və nailiyyətlərin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etdirilməsi, xalqımızın sosial-rifah halının dünyanın aparıcı ölkələri səviyyəsinə çatdırılması, ordu quruculuğunun genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların intensivləşdirilməsi kimi mühüm məsələlər dayanır.

Xalqımız inanır ki, qarşıdakı dövrdə də ötən illərdə həyata keçirilən siyasət davam etdiriləcək və bu, Azərbaycana mühüm uğurlar qazandıracaq, insanların sosial-rifahı yaxşılaşacaq, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu daha da güclənəcəkdir.

 Dünyamalı VƏLİYEV,
AMEA-nın Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri,
iqtisad elmləri doktoru

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 129
  • 23
  • 1,353
  • 4,830
ILK-10 Azeri Website Directory