Sahib Alıyev: “Azərbaycanda keçiriləcək seçkiyə diqqət çox böyükdür”

Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyevin sechki-2018.az saytına müsahibəsi:

– Sahib müəllim, Azərbaycanda aprelin 11-də növbəti prezident seçkiləri keçiriləcək. Seçki prosesinə start veriləndən indiyə qədər baş verənləri nəzərdən keçirsək, Azərbaycanda seçki mühitini necə dəyərləndirmək olar?

– Oturuşmuş dövlətlərdə necə seçki mühiti olmalıdırsa, hazırda Azərbaycanda da elə bir seçki mühiti var. Ölkədə sabitlik hökm sürür. Azərbaycan demokratik inkişaf yolunu seçən ölkədir. Ölkəmizdəki qanunvericilik demokratik prinsiplərə əsaslanır. Azərbaycanın Seçki Məcəlləsi təkmilləşdirilib. Seçki proseslərində müasir texnologiyalar tətbiq olunur. Seçki məntəqələrinə veb-kameraların quraşdırılması şəffaf seçkilərin keçirilməsi istiqamətində atılan mühüm addımdır. Prezidentliyə namizədliyini irəli sürən hər bir namizəd üçün bərabər şərait yaradılıb. Beynəlxalq və yerli müşahidəçilərin, KİV nümayəndələrinin seçki prosesini izləməsi üçün bütün imkanlar təmin olunur.

– Növbəti prezident seçkiləri ölkəmizlə bərabər, region üçün nə dərəcədə əhəmiyyətlidir?

– Azərbaycan regionun lider ölkəsi olduğundan təbii ki, burada keçiriləcək seçkiyə diqqət çox böyükdür. Mənə elə gəlir ki, təkcə bizə dost olan dövlətlər deyil, regionda xaosun olmasını istəməyən, yad qüvvələrin əlində oyuncaq olanların təkcə öz ölkələri deyil, qonşuları üçün də problemə çevrildiklərini dərk edənlər də Azərbaycanda normal seçki mühitinin olmasında maraqlıdırlar. Onlar hakimiyyətin xalqın öz istəyi və məhz onun səsi ilə seçilməsini istəyirlər. Azərbaycanın son 25 ilə keçdiyi yol göstərdi ki, bu dövlət proqnozlaşdırılan, ləyaqət çərçivəsində hərəkət edən, qonşuları üçün bir növ təhlükəsizlik ixracatçısı rolu oynayan, qlobal miqyaslı layihələri reallaşdıra biləcək qədər cəsarəti və potensialı olan bir dövlətdir.  Əlbəttə, bütün bunlar deməyə əsas verir ki, aprelin 11-də keçiriləcək seçkilər region ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənəcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory