“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları Gəncə şəhərinin qonağıdır

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ucar və Kürdəmirdən olan iştirakçıları Gəncəyə gəliblər. IX-XI sinif şagirdləri, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlər “Zəfər Tağı” önündə qarşılanıblar.

Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb.

Məktəbliləri Zəfər Tağı önündə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, şəhər ictimaiyyətinin nümayəndələri və rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər.

Tur-aksiya iştirakçılarını salamlayan Elnur Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışıb. Bildirilib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. Həmçinin qədim Gəncənin son illərdə keçdiyi sürətli inkişaf yolu haqqında geniş məlumat toplayacaqlar.

Sonra şagirdlərə tur-aksiya çərçivəsində gəzəcəkləri məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb.

Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini hörmət və ehtiramla anıblar.

Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 62
  • 29
  • 791
  • 2,762
ILK-10 Azeri Website Directory