“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilər Gəncəyə səfər ediblər

Bu gün “Ölkəmizi tanıyaq” tur-aksiyasının Qəbələ, Oğuz, Şamaxı, Abşeron, Şəki, Fizuli, İsmayıllı və İmişli rayonlarından olan iştirakçılar Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə Nizami yurdunda olublar. Şagirdlər dörd gün ərzində marşrut üzrə bölgənin görməli yerləri ilə tanış olacaqlar.

Məktəbliləri Zəfər Tağı önündə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, şəhər ictimaiyyətinin nümayəndələri və rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər.

Tur-aksiya iştirakçılarını salamlayan Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavin Elnur Rzayev cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışıb.

Qəbələ, Oğuz, Şamaxı, Abşeron, Şəki, Fizuli, İsmayıllı və İmişli rayonlarından olan iştirakçılar Heydə Əliyev Park Kompleksi və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.

Qeyd edək ki, məktəblilər Gəncə şəhərinin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Tur-aksiyanın iştirakçıları şəhərin tarixi məkanlarına – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi və Gəncə Dövlət Filarmoniyasının yeni binasına ekskursiya edəcəklər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 103
  • 67
  • 1,280
  • 3,999
ILK-10 Azeri Website Directory