Samux rayonu üzrə əhalinin tibbi müayinəsi davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən fevralın 12-dən başlanan əhalinin tibbi müayinəsi  və dispanserizasiyası  Samux  rayonunda da mütəşəkkil qaydada həyata keçirilir.
Samux rayonu üzrə həkim briqadaları yaradılaraq, kəndlərə gediş qrafikləri tərtib edilərək və təşkilati işlər görüldükdən sonra 12.02.2018-ci il tarixdən əhalinin kütləvi dispanserizasiyasına başlanımışdır.

Müayinənin başladığı 12.02.2018-ci il tarixdən hazırki vaxtadək 21 yaşayış məntəqəsinin əhalisi  tibbi müayinəyə cəlb edilmiş və 17 yaşayış məntəqəsində müayinə tam başa çatdırılmışdır.   Müayinələr zamanı 23383  nəfər  tibbi müayinədən  keçmiş  əhalidən, 881 nəfərdə müxtəlif xəstəliklər aşkar edilərək ambulator müalicəyə cəlb  edilmiş,95 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərlimiş və  41 nəfər xəstə isə Samux MRX-na stasionar müalicəyə göndərilmişdir.  Qalan müddət ərzində də tibb kollektivimiz müayinənin daha yüksək səviyyədə aparılmasını  təmin etmək üçün əlindən gələni əsərgəmiyəcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory