Nərimanov rayonundan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak etmiş şagirdlərlə görüş keçirilib

Nərimanov rayonundan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak etmiş şagirdlərlə görüş keçirilib.

30 mart 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak etmiş şagirdlərlə görüş keçirilmişdir.Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan şagirdləri üçün 26-29 mart tarixlərində Naxçıvan Muxtar Respublikasına tur-aksiya təşkil olunmuşdur. Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә Ümummilli Lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Prezident İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından tur-aksiyaların əhəmiyyəti çox böyükdür. Sayca 9-cu tur-aksiya çərçivəsində Nərimanov rayonundan 27 nəfər məktəblinin növbəti səfəri təşkil olunmuşdur.
Mart ayının 29-da Heydər Əliyev Beynəlxalq Hava Limanından Naxçıvan şəhərində tur-aksiyada iştirak etmiş şagirdlər təntənəli qarşılanmış və  Nərimanov Rayon İcra Hakimiyyətində onlarla görüş keçirilmişdir. Görüşdə şagirdlərin qarşısında çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışaraq bildirmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.
Öz təsuratları ilə bölüşərək, şagirdlər tur-aksiya zamanı Naxçıvanda Heydər Əliyevin abidəsini, Hüseyn Cavid məqbərəsi  ziyarət etdiklərini, Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Kompleksi, Naxçıvan Dövlət Universiteti ilə tanışlıqları, Culfa, Ordubad, Şahbuz, Kəngərli rayonlarına səyahətləri barədə məlumat verdilər. Çıxış zamanı tur aksiya iştirakçıları Ölkə Prezidentinə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər. Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak etmiş şagirdlərə xatirə hədiyyələri təqdim edilmişdir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 13
  • 5
  • 1,183
  • 3,918
ILK-10 Azeri Website Directory