Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub

Peşə bayramı münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmətlə yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının unudulmaz xatirəsi də yad olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub.
Tədbirdə general-leytenant Mədət Quliyev, DTX-nin əməkdaşları, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları binanın foyesində qurulmuş ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini və Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendə baxıblar.
Müasir üslubda tikilmiş binanın otaqları, əməliyyatçıların iş şəraiti ilə tanış olan general-leytenant Mədət Quliyev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində respublikamız bütün sahələrdə möhtəşəm uğurlar qazanır. Azərbaycanın bütün şəhər, rayon və qəsəbələrində quruculuq və abadlıq işləri geniş vüsət alıb.
Azərbaycan dövlətinin hüquq mühafizə orqanlarının inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayan general-leytenant Mədət Quliyev DTX-nin Səbail rayon idarəsinin müasir tələblərə cavab verən yeni inzibati binasının açılışının məhz bu qayğı və diqqətin növbəti bariz nümunəsi olduğunu qeyd edib. General-leytenant Mədət Quliyev yeni binada əməkdaşların öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılmış yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
General-leytenant Mədət Quliyev DTX-nin Səbail rayon idarəsinin əməkdaşlarını peşə bayramı və yeni binanın istifadəyə verilməsi münasibətilə bir daha təbrik edərək, onlara xidmətlərində uğurlar arzulayıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 88
  • 16
  • 712
  • 3,287
ILK-10 Azeri Website Directory