Gəncə Avtomobil Zavodunda 10.000-ci traktor konveyrden çıxıb

Bu münasibətlə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində keçirilən tədbirdə Azərbaycan Resbublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarus Respublikasının Baş nazirinin müavini Vladimir İliç Semaşko, Belarus Respublikasının Baş nazirinin müavin köməkçisi- Veliyev Serqey Camaloviç, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev, Minsk traktor zavodu ASC-nin Baş direktoru- Fyodor Aleksandroviç Domatenko, Minsk Avtomobil Zavodu ASC-nin direktoru -Dmitriy Stepanoviç Kateriniç iştirak ediblər.

Qonaqlar öncə istehsalat biriliyində yaradılan şərait, traktorların yığım prosesi ilə yaxından tanış olublar. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2006-cı ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı iki dövlət arasında qurulan iqtisadi əlaqələr nəticəsində bu gün Gəncə Avtomobil Zavodunda qazanılmış uğurlardan danışıb. Bildirib ki, Minsk Avtomobil Zavodu ilə bağlanmış müqavilə şərtlərinə əməl olunaraq 2007-ci il martın 27-də Gəncə zavodunda ilk “Belarus” traktoru, bu gün isə 10.000-ci traktor konveyerdən çıxıb.

Azərbaycan Resbublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarus Respublikasının Baş nazirinin müavini Vladimir İliç Semaşko iki ölkə arasında əməkadaşlığın artan templə inkişaf etdiyini və bundan sonra əlaqələrin daha da dərinləşəcəyini bildiriblər.

Həmçinin Yaqub Eyyubov ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına əsasən Gəncə Avtomobil Zavodu istehsalat birliyinin işçilərinin əmək haqlarının 15 faiz artırıldığını diqqətə çatdırıb.

Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev zavodda həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyindən məmnunluq ifadə edilərək deyib ki, bu cür qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Minsk traktor zavodu ASC-nin Baş direktoru – Fyodor Aleksandroviç Domatenko vurğulayıb ki, burada yığılan avtomobillərin yüksək keyfiyyətlə xarici ölkələrə ixrac edilməsi də təqdirə layiq haldır.

Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Tədbirin sonunda sürəkli alqışlarla 10.000-ci traktor konveyrden çıxıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 58
  • 32
  • 955
  • 2,784
ILK-10 Azeri Website Directory