Aprel döyüşlərində şəhid olmuş Orxan Əliyevin xatirəsi Qazaxda ehtiramla yad edilmişdir

2016-cı ilin Aprel döyüşləri Azərbaycanın Ermənistan üzərində qələbəsinin müjdəçisi oldu. Düşməni vahiməyə salıb xeyli əsgərini sıradan çıxaran həmin döyüşlərdə ordumuz bir neçə şəhid də verdi. Onlardan biri Qazax rayonunun   Aslanbəyli kəndində  doğulub boya-başa çatmış Orxan Məhəmməd oğlu Əliyevdir. Şəhidlik zirvəsinə ucalıb Azərbaycanın zəfər tarixinə yazılan Orxanın adı həmişə iftixarla çəkilir.

Aprel döyüşlərinin ikinci ildönümü Qazaxda da qeyd edildi. Qəhrəmanı yad edənlər arasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Kamran Nəbizadə, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev, Qarabağ müharibəsi veteranları, şəhidin döyüş yoldaşları da var idi. Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxunmuş və məzarı üstünə tər qərənfillər düzmüşlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə keçirilən tədbirdə  çıxış edərək Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbiçilərimizin göstərdiyi şücaətdən danışdı.  O dedi ki, bu döyüşlər işğalçı ermənilərə sübut etdi ki,  Azərbaycan əsgəri öz torpaqlarını azad etməyə qadirdir. İşğal olunmuş torpaqlarımızın bütövlüyü isə gec-tez təmin ediləcəkdir.
Milli Məclisin deputatı Kamran Nəbizadə, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal və başqaları Aprel döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən danışmış, bu qələbəni Azərbaycan Ordusunda xidmət edən  gənc əsgərlərimizin vətən sevgisinin nəticəsi kimi qiymətləndirmişlər. Qeyd etmişlər ki, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən digər şəhidlərimiz kimi, Orxan Əliyev də heç zaman unudulmayacaq, onun əziz xatirəsi daim qəlblərdə yaşayacaqdır.
Şəhidin atası Məhəmməd Əliyev şəhidlərə və onların ailələrinə gösrərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq edərək qeyd etdi ki, Orxan ölümündən sonra prezidentin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuş, rayon rəhbərliyi onun adına  Qazax şəhərində bulaq kompleksi ucaltmışdır.

Sonra şəhidin ata evində ehsan süfrəsi açılmışdır.

Sabir ƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory