Erməni faşizminin cinayətləri

Akif RÜSTƏMOV
BDU-nun dosenti

İtalyan dilindən tərcümədə “dəstə”, “birlik” mənasını verən faşizm Birinci  dünya müharibəsindən sonra ölkədə yaranmış siyasi cərəyandır.

1922-ci ildə Mussolinin faşist partiyası hakimiyyətə gələndən sonra bu hərəkat xeyli genişlənmiş, bir sıra xarici ölkələrə yayılmışdır. Faşizmin inkişafı 1933-cü ildə Hitlerin hakimiyyətə gəlişi ilə daha da geniş vüsət aldı.

Faşizm ideologiyasına görə millətlər aşağı və ali kateqoriyalara bölünür. Özü də bu cəmiyyətdə ali millətlərin digərləri üzərində ağalıq etməsi nəzərdə tutulur. Faşist ideologiyası öz qarşılarına ağılagəlməz böyük vəzifələr qoymuşlar. Məsələn, Mussolininin Aralıq dənizi imperiyası, Hitlerin minillik  “Böyük reyx” yaratmaq arzusu, axırda onların məğlubiyyəti ilə nəticələndi.

İkinci dünya müharibəsində faşizm məğlubiyyətə  düçar olsa da, müharibədən sonra yenə də dirçəldi. Bu dirçəlmə neofaşizm (yeni faşizm) adını aldı.

Bu gün neofaşizm çox təhlükəlidir. Bu da onunla bağlıdır ki, bir sıra ölkələrdə siyasi qüvvəyə çevrilməkdədir. Bədnam qonşumuz da Mussolini və Hitler kimi qarşılarına  “Böyük Ermənistən” yaratmağı qoymuşlar. Xəyallarında “Böyük Ermənistan”ı reallaşdırmaq üçün dəridən-qabıqdan çıxan ermənilər bütün dünyaya sübut etmək istəyirlər ki, ermənilərin tarixi çox qədimdir. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyan guya ermənilərin səkkiz min illik dövlətçilik tarixi olduğunu qeyd edir. Bu qədər yalan, bu qədər həyasızlıq yalnız erməni millətinə xasdır. “Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər” (Yemçuynikov- yazıçı). Heç də təsadüfi deyil ki, dünyaya səpələnmiş ermənilər türk dünyasına, xüsusilə də bizə qarşı mətbu orqanlarda məqalələr yazdırır, özlərini “əzabkeş” kimi təqdim etdirirlər. Burada Əmir Teymurun ermənilər haqqında dediyi bir fikir yada düşür: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər”. Xeyr, Əmir Teymur deyil, lənətlənəsi erməni faşizmidir.

Bu yaxınlarda İrəvanda faşist Qaragen Njdeyə abidə qoyulması Rusiyada böyük narazılığa səbəb olub. Kimdir Qaragen Njde?  Qaragen Njde ikinci dünya müharibəsində Hitler Almaniyasi ilə əməkdaşlıq edib, hərbi əsir erməniləri öz tərəfinə çəkərək Almaniya tərəfindən vuruşmağa çağırırdı. O, əsir ermənilər qarşısında dəfələrlə çıxış edir, onları SSRİ-yə qarşı mübarizəyə çağırıb: “Almaniya uğrunda ölən hər kəs Ermənistan uğrunda ölmüş olacaq”. Erməni legionu  Njdenin başçılığı ilə 20 minə yaxın sovet insanının, əsasən dinc vətəndaşların qanı tökülüb.

Rusiya Federasiyası Şurasının sosial siyasət komitəsinin sədr müavini Lüdmila Kozlova bu barədə “Nezavisimaya qazeta”da geniş məqalə yazaraq faşist Njdeyə heykəl qoulmasını pisləmiş, bunun BMT Baş Assambleyasının nasizm və neofaşizmin qəhrəmanlaşdırılması ilə bağlı müvafiq qətnaməsinə zidd olduğunu  göstərmişdir. Onu da bildirim ki, Rusiya Xarici İşlər Nazirliyi də etirazını bildirib. Bütün bunlara baxmayaraq, ermənilər böyük qardaşının iradlarını qulaq ardına vuraraq, bir az da irəli gedərək Rusiyanın Vladimir şəhərinə Njde adının verilməsini təklif ediblər. Bu azmış kimi, indi də Bolqarıstanda əli minlərlə insanın qanına batmış faşistə heykəl qoymaq istəyirlər.

Terrorizm və faşizmin təbliği Sarkisyan başda olmaqla Ermənistan hökumətinin ideologiyasının əsasıdır. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Aruye Qut ingilisdilli “The İerusalem Post” qəzetinin 13 dekabr 2017-ci il tarixli sayında dərc edilmiş “Ermənistan terrorçuları tərifləməklə faşizmi dövlət siyasətinə çevirib” sərlövhəli məqaləsində yazır ki, doğrudanmı ermənilərin Njde kimi faşistlərdən başqa qəhrəmanı olmayıb? Ermənistanda faşizm ilə yanaşı, dövlət səviyyəsində terrorizmin  qəhrəmanlaşdırılması siyasəti yürüdülür.

Erməni faşizmi  iyirminci əsrdə daha da aqressvləşdi. Bu il 100 illiyini andığımız 31 Mart soyqırımı, Xocalı soyqırımı, əsir götürülmüş soydaşlarımızın başına gətirələn müsibətlər bir daha göstərdi ki, türk qanına susayan ermənilər qan tökmək üçün dünyaya gəliblər. Beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, təəssüf ki, ikili standart hələ də erməniləri işğalçı kimi tanımır, onlara “dur” deyən yoxdur. “Artsax” erməni torpağıdır,biz ordan getməyəcəyik” deyən Serj Sarkisyanın ağzından vuran tapılmır.

Erməni faşizminin əməlləri barədə çox deyilib, çox yazılıb. Bu yazıları müxtəlif dillərə tərcümə edib dünyanın bir çox ölkələrinin kitabxanalarına göndərmək lazımdır. Yeri gəlmişkən, bir faktı yada salım. Keçən əsrin 90-cı illərinin əvvəlləri  idi, Jurnalistika fakültəsində dekan işləyirdim. Yanıma İsveçrədən Cənubi Azərbaycan vətəndaşı gəlmişdi. O, məndən Qarabağ müharibəsi barədə soruşdu. Dedi ki, İsveçrənin kitabxanalarında olmuşam, ermənilərin Qarabağla bağlı bir neçə kitablarını gördüm, Azərbaycanın belə kitablarına rast gəlmədim. Mən ona rus dilində nəşr olunan “Qara yanvar” kitabını və “İki il uzanan müharibə” bukletini verdim. Dedi ki, tərcümə etdirəcəm. Sözümün canı var. Təbii ki, o vaxtdan çox keçib, indi vəziyyət dəyişib. Xarici ölkələrin, xüsusilə də tanınmış universitetlərin kitabxanalarına göndərilən nəşrlərin sayını artırmaq lazımdır. Sirr deyil ki, yazılı ədəbiyyatın ömrü uzun olur. Dünya, erməniləri yaxından tanımalı və bilməlidir ki, “onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı  dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir” (Maqda Neyman-jurnalist).

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitabları xüsusilə qeyd olunmalıdır. 2017-ci il aprelin 26-da Rusiyanın pravda.ru internet portalında “Əli Həsənovun kitabları: Xocalı faciəsindən Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru” sərlövhəli məqalə dərc edilib. Məqalə oxucuları Əli Həsənovun bu yaxınlardı səkkiz dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində) çapdan çıxmış Qarabağ münaqişəsinə həsr olunmuş kitablarına cəlb edir. Bu kitablarda Ermənistanın Azərbaycana  qarşı ərazi iddiaları, hərbi təcavüzü, erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlar, o cümlədən, Xocalı soyqırımı siyasətinin mərhələləri vaktlar əsasında təhlil edilir.

Cəzasızlıq ermənilərin əl-qolunu açıb. Bədnam qonşumuz bu ilin mart ayında Fransanın Desin-Şarpo şəhərində “Artsax” (Qarabağ) günləri keçiriblər. Hərtərəfli təbliğat aparan ermənilər Amerikanın Kaliforniya ştatının Olendeyl şəhərində küçələrdən birinin adına “Artsax” adı verilməsinə nail olublar. Azərbaycana hədə-qorxu gəlməkdən də əl çəkmirlər.  Politoloq Levon Sirinyan öz Facebook səhifəsində yazır ki, “Azərbaycan bizə hücum etməzdən qabaq biz Mingəçevir və Yevlaxa zərbələr endirib, Azərbaycanı sındırmalıyıq. Yoxsa sonumuz çatar”.

Türk qanına susamış qonşularımızın tükürpədici hərəkətləri bizim üçün dərs olmalıdır. Erməni faşizminin iç üzünü açan bir neçə fakta müraciət edək. Əvvəlcə, keçən əsrin əvvəllərində erməni vəhşiliyi haqqında onların özlərinin etiraflarına diqqət edək:

– S.Zavavryan – erməni alimi: 1905-ci ildə azərbaycanlıların kütləvi məhv edilməsi zamanı Şuşada 12, Zəngəzurda 43, Cəbrayılda 5, Cavanşirdə 15 kənd yandırılmışdır.

– A.Lalayan: “Daşnaksütyun”  partiyası könüllülərdən ibarət dəstə yığmışdır. Müharibə gedən türk ərazisinin əhalisinə, o cümlədən, qadınlara, uşaqlara, əlillərə belə rəhm etmədən amansızcasına, qəddarlıqla divan tuturdular.

– Z.Korkodyan: 1918-1920-ci illərdə daşnak vandalları Ermənistanda yaşayan 575 000 azərbaycanlını qanına qəltan etmiş, 565 000 əhalini silah gücünə doğma torpaqlarından vəhşiliklə çıxarmışdılar.

Keçən əsrin sonlarında “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün ermənilərin başladığı Qarabağ müharibəsi, Yanvar qırğını və Xocalı soyqırımı ilə müşayiət olundu. Nəticədə 20 faiz torpaqlarımızı ermənilər rus qoşununun köməyi ilə işğal etdi. Bu müharibədə erməni faşizminin insanlığa sığmayan vəhşiliyi, xalqımıza qarşı Xocalı soyqırımı siyasəti yeritdi. Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı barədə demişdir: “Əfsuslar olsun ki, Azərbaycan xalqı da XX əsrin sonlarında soyqırımı faşizm ideologiyasının nəticəsi olan Qarabağ fəlakəti, işğalı ilə üzləşmişdi… Bizə qarşı aparılan işğalçı siyasəti, xalqımıza qarşı törədilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür”.

Erməni faşizminin vəhşiliyi aşağıdakı nümunələrdə də öz əksini tapıb:

– Serj Sarkisyan – Ermənistanın sabiq prezidenti: Xocalı faciəsinədək azərbaycanlılar fikirləşdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq-biz bu streotipi dağıda bildik.

– Viktoriya Uvelovoy – rus jurnalisti: Ermənilər hamilə qadının qarnını yararaq körpəni ordan götürüb yerinə pişik qoyub tikdilər.

– V.Bellax – “İzvestiya” qəzetinin müxbiri: Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi.

– V.Savelyev – Xocalı soyqırımında iştirak edən hərbi hissənin kəşfiyyat şöbəsinin rəisi: Mən bütün bunları yazmaya bilməzdim. İnsanların, uşaq və qadınların, hamilə qadınların  güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat idarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi.

Planlı şəkildə həyata keçirilən kütləvi qırğın, etiraf edək ki, rus hərbçilərinin bilavasitə iştirakı ilə baş tutub. Məlum səbəblərə görə, açıq deməsək də, hamı çox yaxşı bilir ki, şimal ayısı olmasaydı, ermənilər bir qarış torpağımızı işğal edə bilməzdi. Atalar yaxşı deyib: “Arxalı köpək qurd basar”.

Ermənilərin əsir götürdükləri insanların yaddaşında həkk olunan hadisələri dinlədikcə adamın qanı donur. Silahsız insanlara öz “qəhrəmanlaqlarını” göstərən ermənilər daha çox cəllad olublar. Bu cəlladların azərbaycanlı əsirlərin başına gətirdikləri işgəncələrlə tanış olduqca, düşmənin qəddarlığı bizlərin nifrətini birə beş artırır:

– Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıntılarını udmağa məcbur edilib.

– Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr verib, kəlbətinlə onun 16 dişini çıxarıblar.

– Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülüb, damarlarına benzin yeridilib, yaralarının qaysağı qopardılaraq ona əzab verib, üzərinə təlim keçmiş it buraxılıb.

– Nübar Kərim qızı Zeynalova Şuşanın işğalı zamanı oğlu Niyaz Balay oğlu Zeynalovun gözləri qarşısında ermənilər tərəfindən öz evində diri-diri yandırılıb.

Ermənilər əsirlikdə olan qız-gəlinlərimizin namusuna da təcavüz ediblər. Bu barədə xeyli material var, əsirlikdən xilas olanların ürək ağrıdan hadisələr barədə söylədikləri hər bir azərbaycanlını intiqama səsləyir. Sadəcə olaraq faktlara müraciət etməyi lazım bilmədim. Onsuz da hər şey aydındır.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn ən ağır cinayət hesab olunur. Lakin buna baxmayaraq, Rusiyanın forpostu olan Ermənistan heç  nəyə məhəl qoymadan özünün çirkin əməllərindən əl çəkmir. İndinin özündə də sərhəd bölgələrində mülki insanları atəşə tutur. Rusiya öz təbəəsinə “dur” demir. Əksinə, onu silahlandırır, necə deyərlər, “dövşana qaç deyir, tazıya tut”. Rusiyanın Ermənistana, “simpatiyası” göz qabağındadır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün Facebook səhifəsində açıq-aşkar Rusiyanın Ermənistana olan münasibətini gizlətmir. “Bizim qəlbimiz erməni xalqı ilə bağlıdır”.

Ermənistanın əsas məqsədi status-kvonun saxlanmasıdır. Çalışırlar ki, vaxt uzansın, bəlkə Azərbaycan ətraf rayonların qaytarılmasına, Dağlıq Qarabağın isə Ermənistana birləşməsinə razılıq verdi. Bu da mümkün olan iş deyil. Azərbaycan gec-tez işğal olunmuş əzəli torpaqlarını müharibə yolu ilə də olsa, geri alacaq. Bu nə qədər tez olsa, o qədər yaxşıdı. Orada doğulan ermənilər artıq Qarabağı öz vətəni hesab edirlər. “Bura mənim torpağımdır, mən burda doğulmuşam” deyib bizə silah qaldıran birinci onlar olacaq. Təəssüf və təəccüb doğuran budu ki, biz ermənilərin vəhşi hərəkətlərindən nəticə çıxarmamışıq, onların şirin dilinə inanmışıq. Halbuki qanımıza susamış bu cəlladlar həmişə bizə qarşı düşmənçilik siyasəti yeridir. Tarixə müraciət edək. “Milli İftixarımız Üzeyir Hacıbəyli” (Şirməmməd Hüseynov) Filankəs imzası ilə “İrşad” qəzetinin 21 may 1926-cı il tarixli 118-ci sayında “Ordan-burdan” rubrikası adı altında yazırdı: “Qarabağ ermənilərinin yepiskopu Aşot Qarabağdan Tiflisə gedib canişin həzrətlərindən bir şey təvəqqe ediblər: ermənilərdən yaraq alınmasın və müsəlman köçərilərinə izn verilməsin ki, özlərilə yaraq aparsınlar. Yəni köç vaxtı əgər işdir, adamdır-dava düşsə, qoy, ermənilər müsəlmanları tutub qırsınlar! İştə yepiskop cənabları bunun üçün Qarabağdan Tiflisə getmiş imiş! “Alik” qəzetəsi kəmali-xoşnudi ilə xəbər verir ki, canişin həzrətləri keşişin bu təvəqqesini qəbul edir”. Əlavə şərhə ehtiyac yoxdur.

Yeri gəlmişkən bir məsələyə də toxunmaq istəyirəm. Təəssüf edirəm ki, bəzi məmurlar məsuliyyətsiz çıxışlar edir, insanları, xüsusilə də şəhid ailələrini, evindən, el-obasından didərgin düşmüş qaçqınları qıcıqlandırır. Biri deyir ölkəmizdə gəncləri ermənilərə düşmən kimi tərbiyə edirlər. Bir başqası da  deyir ki, bir az da dözək, Ermənistan boşalır, o torpaqlar bizə qalacaq. Bu nə deməkdir, başımızın altına yastıq qoyurlar, yoxsa?.. Görəsən, belə məsuliyyətsiz çıxışlar haradan qaynaqlanır. Məgər erməni faşizminin törətdikləri cinayətlərdən xəbərsizdilər, bəlkə gündəmdə qalmaq istəyirlər. Sovet dövründə yalançı xalqlar “dostluğu” 70 ildən sonra özünü göstərdi. Ayıbdır, vallah ayıbdır! Dünyaya açıq gözlə baxmaq lazımdır. Ola bilsin nə vaxtsa münasibətlər düzələcək. Bu o demək deyil ki, ermənilərin Azərbaycan xalqının başına gətirdiklərini-körpə uşağı divara mismarlayıb, səs-küy salmasın deyə, anasının döşünü kəsib ona verməsini, çılpaq qadınların bədənində siqaret söndürməsinin, 13-14 yaşlı qızlarımızın zorlanmasını, meyitlərdən canlı körpü kimi istifadə etməsini deyirlər unudaq. Axı, necə unudaq, qaysaq bağlayan yaralarımız elə dərindədir ki, onun sağalması üçün vaxt lazımdır. İndiyədək başımıza gələnlər unutqanlıqdan gəlib. Birdə ki, erməni düzələn deyil, o, həmişə türk dünyasını, xüsusilə də bizi özlərinə düşmən bilir.

İndiyədək Qarabağ probleminin həll olunmaması Minsk qrupunun təcavüzkara təzyiq göstərməməsi, siyasi iradənin olmamasıdır. Açıq etiraf edək ki, Minsk qrupuna daxil olan ölkələr Ermənistana dəstək göstərir. Artıq ondan imtina etmək və ya heç olmasa, qrupa Türkiyəni daxil etmək lazımdır. İki ölkə prezidentinin görüşləri də Ermənistanın günahı üzündən indiyədək heç bir müsbət nəticə verməyib. Status-kvonun saxlanması təkcə Ermənistana deyil, Rusiyaya da sərf edir. Bu, Rusiyaya hər iki ölkəyə təzyiq etmək üçün lazımdır. Deməli, belə qənaətə gəlmək olar ki, Qarabağın azadlığı Azərbaycan ordusunun əlindədir. İşğalçı dövlət bilməlidir ki, Azərbaycan heç vaxt ərazilərin işğalı ilə barışmayacaq.

Görünür, Ermənistanda bunu soyuq başla dərk eliyənlər də var. Məsələn, Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyanın “Kenton” telekanalına müsahibəsində işğal olunmuş ərazilərin qaytarılmasının vacibliyi vurğulanır: “Xoşluqla geri (əraziləri-A.R.) verməsək, günlərin birində bu əraziləri sanksiyalarla geri alacaqlar. Məgər biz BMT-ni, ATƏT-i, ABŞ-ı, Rusiyanı, Fransanı diz çökdürə bilərik? Bu əraziləri əldə saxlamaq qeyri-mümkündür, hətta Bakı alınsa belə, “Bir qarış da torpaq vermək olmaz” deyənlər bu millətə qəbir qazır. Biz belə vətənpərvərləri bir dəfə  görmüşük. Əraziləri vermədilər, ancaq bütün ölkəni verdilər”. Dəqiq deyə bilmərəm, 2017-ci ilin parlament seçkiləri ərəfəsində deyilən bu fikir ürəkdən gəlir, yoxsa yox. Belə yerdə ataların bir sözü yada düşür: “Dəlidən doğru xəbər”.

Allah Mirzə Cəlilə qəni-qəni rəhmət eləsin. “Molla Nəsrəddin” jurnalının birinci sayının üz qabığında çox dərin və mənalı şəkil çoxlarımıza bəllidir. Şəkildə yatanlarla yanaşı, gərnəşənlər və oyanmaq istəyənlər təsvir olunub. Biz indi oyanmış gəncliyə həqiqəti deməliyik, yalan danışmamalıyıq, tariximizi düzgün öyrətməliyik, bir sözlə yatmağa qoymamalıyıq, dostu-düşməni onlara tanıtmalıyıq!

P.S. Məqalədə gətirən nümunələr kitab və saytlardan götürülüb. 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 61
  • 28
  • 790
  • 2,761
ILK-10 Azeri Website Directory