Mayor Rəşad İsrafilov: Aprel döyüşlərinin yenidən təkrar olunacağı günü səbirsizliklə gözləyirəm

Mən 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra ön xətdə zabit kimi xidmətə başladım və bu günə kimi ən çətin, məsuliyyətli döyüş tapşırıqlarını yerinə yetirməklə özümü Vətənimin əsl övladı sayıram.Bu sözləri AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin iştirakçısı, mayor Rəşad İsrafilov deyib.

O bildirib ki, cəbhə bölgəsində xidmət edərək ömrünün ən mənalı, dəyərli dövrünü yaşayır və bundan qürur duyur. Aprel döyüşləri ilə bağlı xatirələrini bölüşən mayor söyləyib: “Döyüşün ilk dəfə necə baş verdiyi bir kino lenti kimi gözlərim önündədir. Yüksək rütbəli zabitlərdən biri bizə düşmənin növbəti güclü təxribatının əks-hücumla dəf olunacağını bildirdi və onun rəhbərliyi ilə döyüşə atıldıq. Aprelin 1-dən 2-nə keçən gecə idi. Hamıda qələbə əzmi vardı, hər kəs bir inamla vuruşurdu: qələbə bizim olacaq. Doğru deyiblər, inam böyük qüvvədir, məhz gücümüzə güvənib düşmən üzərinə atıldıq və qısa bir vaxtda ən məsuliyyətli döyüş tapşırığını yerinə yetirdik.

Hər gün, hər saat Aprel döyüşlərinin yenidən təkrar olunacağı günü gözləyirəm. Son qarış torpağımızı işğaldan azad etməyincə rahat dayanan deyilik. Qələbə mütləq bizim olacaq, çünki biz haqq uğrunda, ata-baba torpaqlarımız uğrunda döyüşürük, başqa heç kimsənin torpağında gözümüz yoxdur”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 116
  • 74
  • 1,293
  • 4,012
ILK-10 Azeri Website Directory