Kürdəmirdə Aprel şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gənclərin xatirəsinə həsr edilən tədbir keçirib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Kürdəmir rayonunun Sor-sor kənd orta məktəbində təşkil olunan tədbirdə bu qurumun Aran regional şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb. Diqqətə çatdırılıb ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Bu qələbə igid əsgərlərimizin düşmən tapdağı altındakı torpaqlarımızın azad edilməsinə tam hazır olduqlarını göstərir.

Y.Bahadurqızı ölkəmizdə, o cümlədən Kürdəmirdə şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hər bir şəhidin qəhrəmanlığının nümunə olduğunu bildirib.

Tədbirdə, həmçinin şəhid baş leytenant, “Azərbaycan Bayrağı” ordenli Əbubəkr İsmayılov və şəhid gizir, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunan Tural Qurbanovun qısa, eyni zamanda, şərəfli həyatından, döyüş şücaətindən danışılıb, onların xatirələrinə həsr olunan şeirlər səsləndirilib.

Sonda şəhidlərin valideynləri – Rəna İsmayılova və Solmaz Qurbanova övladlarının vətənpərvərliyindən, mərdliyindən bəhs edib, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 119
  • 77
  • 1,296
  • 4,015
ILK-10 Azeri Website Directory