İmişli rayonunda cari ilin pambıq əkini ilə bağlı regional müşavirə keçirilmişdir

Müşavirədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının – rayon bitki mühafizəsi mərkəzlərinin, rayonlararası bioloji laboratoriyaların, Kənd Təsərrüfatı nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nümayəndələri, İmişli, Saatlı, Sabirabad, Salyan, Cəlilabad, Neftçala və Biləsuvar rayonlarından olan  torpaq mülkiyyətçiləri və fermerlər,  ümumilikdə 350 nəfər iştirak edib.

     Müşavirənin giriş sözü ilə İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev açaraq ölkə başçısı cənab İlham Əliyevin Pambıqçılıqın inkişafına ayırdığı diqqət və qayğıdan danışaraq Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə apardığı məqsədyönlü tədbirlərindən, aqrokimyəvi maddələrərin və pedsidlərinin fermerlərə güzəştli şərtlərlə verilməsindən, rayonda pambıqçılığın inkişafında mövcud olan problerdən bəhs etdi. Keçirilən müşavirənin əhəmiyyəti barədə torpaq mülkiyyətçilərinə və pambıq əkini ilə məşqul olan fermerlə geniş məlumat və tövsiyyələrini verdi.
“Bölgədə fitosanitar vəziyyətin təhlili və pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda çıxış edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Azərbaycan Respublikasında pambıqçılığın inkişafı etdirilməsi istiqamətində görülən tədbirlərin, pambıq sahələrində əsas zərərli orqanizmlərə qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyəti barədə məlumat verib.
Dövlət Xidmətinin rəisi qeyd edib ki, bu səbəbdən də pambıq sovkasına qarşı təklif edilən pestisidlərin növbələşməsini təmin etmək və antirezident mübarizə sxemini tətbiq etmək məqsədilə fermerlər yeni nəsil preparatlardan istifadə etməyə üstünlük verməlidirlər: “Pestisidlərin tətbiqi zamanı çiləyici aqreqatlarla işləyən mexanizatorların davamlı təlimatlandırılması, işçi məhlulun bir hektar sahəyə düzgün tətbiqi, bitkilərin vegetasiya müddətindən asılı olaraq işçi məhlulun məsarif normasının artırılması, bitki örtüyünün tamamilə pestisidlərlə isladılmasıkimi məsələlərin həlli vacibdir. Eyni zamanda, pestisidlərin tətbiqi zamanı hava-iqlim şəraitinin izlənilməsi, günün müəyyən vaxtlarında pestisidlərin istifadəsinin dayandırılması diqqətdə saxlanılmalıdır”.
“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov əsas diqqəti kimyəvi mübarizə zamanı texniki qaydalara əməl olunmasının vacibliyinə yönəldib. Kimyəvi mübarizə tədbirləri zamanı işlək məhlulun hazırlanması üçün istifadə olunan suyun tərkibinin, istifadə olunan pestisidlərdən yüksək bioloji səmərəlilik almaq məqsədilə qarşıda duran problemlərin həlli vacib məsələdir və bu istiqamətdə ciddi tədbirlər görülməlidir”.
Tədbirin sonunda torpaq mülkiyyətçilərinə və fermerlərə pambıq sahələrində zərərvericilərə qarşı mübarizə üsullarını açıqlayan bukletlər paylanılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 75
  • 18
  • 595
  • 2,524
ILK-10 Azeri Website Directory