Kürdəmirdə “Şahin” hərbi-idman oyunu keçirilib

Aprelin 5-da Kürdəmir Rayon Mərkəzi stadionunda rayonun 43 ümumtəhsil məktəbinin iştirakı ilə “Şahin” hərbi-idman oyunu keçirilib.

Yarışın açılış mərasimində Torpağlarımızın azadlığı üğrunda şəhıd olan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev çıxış edərək bildirdi ki ,“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik

tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından şahinləri təbrik etdi. Vəsilə Əsgərli çıxışında qeyd etdi ki, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi daim dövlətin diqqət mərkəzindədir və bu sahədə aparılan işlərin səmərəsinin artırılması istiqamətində silsilə tədbirlər həyata keçirilməkdədir. O bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin keçirdiyi məqsədli siyasət nəticəsində ordumuzun döyüş qabiliyyəti daha da güclənib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Cənubi Qafqaz regionunda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təmin etmək gücünə malik olan yeganə ölkədir.Bir inaniriq ki, möhtərəm Prezidentimiz Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız yaxin vaxtlarda Şuşada, Laçında, Xankəndində, Dağlıq Qarabağın hər bir güşəsində dalğalanacaqdır. Bu qələbələrə gedən yol məhz belə hərbi vətənpərvərlik yarışlarından başlayır.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və dövlət bayrağı qaldırıldı. Sonra yarış açıq elan olunaraq mərhələlərə start veildi. Sıra hazırlığını Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin zabitləri qəbul etdi. Komandalar növbəti mərhələlərə buraxıldı. 8 mərhələdə keçirilən yarışın yekun nəticələri aşağıdaki kimi müəyyən olundu. Çöhranlı kənd tam orta məktəbin şahinləri I yeri, şəhər 6 saylı tam orta məktəbin şahinləri II yeri, şəhər 2 saylı tam orta məktəbin şahinləri III yeri tutdular.

Qaliblərə Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Polkovnik Həbib Əliyev diplomlar və qiymətli hədiyyələr təqdim etdilər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 75
  • 18
  • 595
  • 2,524
ILK-10 Azeri Website Directory