Tibbi müayinə aksiyası vətəndaşların sağlamlığının qorunmasına xidmət göstərir

Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi aksiyası vətəndaşların sağlamlığının qorunmasına xidmət göstərir. Fevral ayının 12-dən bu günədək davam edən aksiya uğurla aparılır.
Artıq ardıcıl olaraq beşinci ildir ki, həyata keçirilən bu xeyirxah aksiya Qazax rayonunda da yüksək səviyyədə həyata keçirilir.

Rayon sakinləri tibb müəssisələrinə gələrək tibbi müayinədən keçir, dövlət tərəfindən yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal iştirak edirlər.
Tibbi aksiya əsasən Qazax Müalicə Diaqnostika Mərkəzində aparılır. Aksiya başlayandan bu günədək ümumilikdə 51315 nəfər rayon sakini tibbi müayinədən keçib ki, bunlardan 10053 nəfəri Mərkəzdə müayinə olunub. Mərkəzdə müayinə olunan  sakinlərdən 3923 nəfəri ambulator müalicəyə cəlb olunub, 133 nəfərə isə stasionar müalicə təyin edilib. Bununla yanaşı, 23 nəfər rayon sakini ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib, 115 nəfər isə cərrahi əməliyyat olunub.
Müayinədən keçən rayon sakinləri xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 58
  • 32
  • 955
  • 2,784
ILK-10 Azeri Website Directory