Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan “Ən yaxşı elmi məruzə” müsabiqəsi keçiriləcək

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc alim, doktorant və dissertantları arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan “Ən yaxşı elmi məruzə” adlı müsabiqəsi keçiriləcək.

Şuranın sədri, dosent Əfsun Sucayevin məlumatına görə, 05 aprel-15 may 2018-ci il tarixlərini əhatə edən müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzə edəcəklər. Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

Akademik Ə.M.Quliyev adına
Aşqarlar Kim­yası İns­ti­tu­tunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 103
  • 67
  • 1,280
  • 3,999
ILK-10 Azeri Website Directory