Pirallahı pravoslavları Pasxa bayramını qeyd etdilər

Aprelin 8-də Pirallahı rayonunda xristianların müqəddəs Pasxa bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rus icmasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri açıq elan edən Pirallahı rayon Rus icmasının sədri Yelena Aşurova bildirdi ki, aprelin 8-də xristianlar özlərinin müqəddəs bayramı olan Pasxa bayramını qeyd edirlər.

Bu bayram xristianların ən böyük bayramıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da  xüsusi təntənə ilə bayram kimi qeyd edirlər. Qeyd edildi ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Daha sonra Prezident İlham Əliyevin iki gün əvvəl Azərbaycanın pravoslav xristian icmasına Pasxa bayramı münasibətilə təbriki oxundu. Diqqətə çatdırıldı ki, ölkəmizdə  Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət-din münasibətləri demokratik prinsiplərə, beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənir və hər bir insanın dini etiqad azadlığı təmin olunur.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev hamını salamlayaraq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Qeyd edildi ki,  yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcud olub, ayrı-ayrı dinlər və etiqadlar qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşıb, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaradıb. Bu gün Azərbaycan dünyada nümunəvi tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.
Toplantıda  çıxış edən icmanın üzvləri Azərbaycanda özlərini öz doğma vətənlərindəki kimi hiss etdiklərini bildirərək onlar üçün yaradılan hər bir şərait üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 1,174
  • 3,909
ILK-10 Azeri Website Directory