Masallının Qodman kəndinə təbii qaz verildi

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri, o cümlədən əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görülür.

09 aprel 2018-ci il tarixdə Masallı rayonunun Qodman kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, kənd ictimaiyyəti və KİV nümayəndələri iştirak etmişdir. Xeyli sayda abonenti olan Qodman kəndinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında müxtəlif diametrli metal borularla daşıyıcı, o cümlədən məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Qodman kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Açılış mərasimində Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Cankişizadə, kənd sakinlərindən ağsaqqal Oğlan Əyyubov, Kəmalə İmaməliyeva, Lənkəran regional qaz idarəsinin rəisi Hüseyn Şirinov və başqaları çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Lənkəran regional qaz idarəsinin rəisi Hüseyn Şirinovla birgə təbii qazın yanarlığını alışdırmışdır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 1,174
  • 3,909
ILK-10 Azeri Website Directory