Kümçülərə ipəkqurdunun bəslənilməsinin düzgün təşkili ilə bağlı tövsiyələr verilib

Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar aprelin 7-də Kürdəmirdə “Tut ipəkqurdunun bəslənilməsinin düzgün təşkili və məhsuldarlığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi”nə dair regional seminar keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd təsərrüfatı idarəsində keçirilən regional seminarda Kürdəmir, Hacıqabul, Göyçay, Zərdab və Ucar rayonlarından əlaqədar təşkilatların rəhbərləri, təcrübəli kümçülər iştirak ediblər.

Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mətləb Kərimov tədbiri açaraq həyata keçirilən aqrar islahatlardan, vaxtilə ənənəvi sahə olan baramaçılığın son illər yenidən dirçəldilməsi istiqamətində görülən işlərdən, bu sahədə qəbul edilən Dövlət Proqramının önəmindən, Kürdəmirdə baramaçılığın inkişafı perspektivlərindən danışıb.

Regional seminarda çıxış edən Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev ötən il 30 rayonda ipəkqurdu bəslənildiyini və 245 ton yaş barama istehsal olunduğunu diqqətə çatdıraraq, bu il daha bir neçə rayonda da barama yetişdiriləcəyini bildirib, istehsalın cari ildə 400 tona çatdırılacağı imkanlarından danışıb. Vurğulayıb ki, baramaçılıq üçün ölkəmizdə zəruri olan möhkəm yem bazası yaradılıb.

Əkrəm Fətəliyev, eləcə də Gəncə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Füzuli Mirzəliyev, “Şəki İpək” ASC-nin aqronomu Fərahim Yusifov kümçülərə tut ipəkqurdunun bəslənilməsinə dair aqrozootexniki tövsiyələr veriblər.

Regional müşavirədə təcrübəli kümçülərin təklifləri dinlənilib, suallar cavablandırılıb, bəsləmə prosesində mütəxəssis nəzarətinin vacibliyi bildirilib.

Sonda iştirakçılara Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin hazırladığı “Tut ipəkqurdunun bəslənilməsinə dair aqrozootexniki tövsiyələr” adlı buketlər paylanılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 38
  • 19
  • 1,322
  • 4,279
ILK-10 Azeri Website Directory