Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir

Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir. Tərtər şəhərinin şəhid Nicat İsgəndərov küçəsindən sonra Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində də yenidənqurma işlərinə başlanılıb. Hər iki küçədə qaz, elektrik və rabitə xətləri qaydaya salınır.

Səki qıraqlarına bordürlər düzülür, istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənir. Küçələrdə yol yatağına çınqıl materialı verilərək, asfalt örtük döşənir. Yenidənqurma işləri çərçivəsində küçələrdə dekorativ kollar əkiləcək, yaşıllıqlar salınacaq.

Bundan başqa Prezident İlham Əliyevin 2017-ci il 29 noyabr tarixli Sərəncamı ilə Tərtər şəhərində 20 çoxmənzilli binanın fasad hissələri və giriş blokları əsaslı təmir edilir. Yaxın günlərdə isə Tərtər-Ağdərə, Tərtər-Goranboy avtomobil yollarının ətrafında və Heydər Əliyev adına parkda abadlıq-quruculuq işlərinə başlanılacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory