Şəkinin seçki məntəqələri səsverməyə hazırdır

Şəki rayonunun ərazisində fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrində aprelin 11-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərinə hazırlıq işləri başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib.
113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim-plana və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılıb. Səsvermənin keçiriləcəyi 29 seçki məntəqəsinin hər biri zəruri avadanlıqla, habelə müxtəlif təlimat və texniki vasitələrlə, dayanıqlı rabitə ilə təmin olunub. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 37 min 414 nəfərdir. Onlardan 566 nəfəri ilk dəfə səs verəcək. Seçicilərin 946 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə 284 seçiciyə qeydiyyatdançıxma vəsiqəsi verilib.
Komissiya sədrinin dediyinə görə, MSK-nın təqvim-planına uyğun olaraq, səsverməyə 5 gün qalmış Şəki Penitensiar Xidmət Müəssisəsində 30 saylı seçki məntəqəsi də yaradılıb. Məntəqədə 866 seçici səs verəcək.
114 saylı Şəki kənd birinci seçki dairəsində də seçkilərə hazırlıq işləri MSK-nın təsdiq etdiyi təqvim-plana uyğun aparılır. Dairə seçki komissiyasının sədri Məharət Məmmədovun bildirdiyinə görə, 39 min 91 seçicinin qeydə alındığı bu dairədə səsvermə 43 seçki məntəqəsində keçiriləcək. İlk dəfə səs verəcək seçicilərin sayı 649 nəfərdir. Seçkilərin gedişini izləmək üçün 462 nəfər müşahidəçi qeydiyyatdan keçib.
AZƏRTAC-ın bölgə müxbiri dairənin Aşağı Layısqı kəndindəki 11 saylı seçki məntəqəsində olub. Məntəqə kənddəki tam orta məktəbin binasında yerləşir. Burada da seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Seçki komissiyasının sədri Abdulla Məcidovun bildirdiyinə görə, məntəqə üzrə 922 nəfər seçici qeydə alınıb. Onlardan 27 nəfəri seçkilərdə ilk dəfə səs verəcək. Məntəqə üzrə ən yaşlı seçici Şükür Hüseynəliyevin 91 yaşı var. Kənd ağsaqqalı əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də səsvermədə şəxsən iştirak edəcəyini düşünür. Bütün seçicilərə səsvermənin keçirilmə vaxtı və yeri barədə bildirişlər paylanılıb.
115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Rasim Əzizovun məlumatına görə, dairənin tərkibində olan 43 seçki məntəqəsində seçicilərin ümumi sayı 37 min 227 nəfərdir. Onlardan 240 nəfəri ilk dəfə səs verəcək. Dairə üzrə 431 yerli müşahidəçi qeydiyyatdan keçib. 337 nəfərə qeydiyyatdançıxma vəsiqəsi verilib. Dairənin bütün seçki məntəqələri zəruri avadanlıq və texniki vasitələrlə təmin olunub. Məntəqə seçki komissiyalarının üzvləri səsvermə gününün prosedurları barədə tam məlumatlandırılıblar.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory