Gəncənin iki komandası “Xəmsə” milli intellektual oyununun zona mərhələsinə vəsiqə qazanıb

Gəncə şəhərində “Xəmsə” milli İntellektual oyunu üzrə X Azərbaycan Çempionatının seçim turu keçirilib. 

Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, “Gəncə” İntellektual Klubunun dəstəyi ilə təşkil edilən yarışa 8 komanda qatılıb.

Seçim turunda ümumilikdə 60 gənc iştirak edib. İki qrupda mübarizə aparan komandalardan ilk iki yeri tutanlar final mərhələsində mübarizəni davam etdiriblər. Yarışın finalında çıxış edən komandalardan “Rekviem” 1-ci yeri, “Çoqori” isə 2-ci yeri tutub. Qaydalara əsasən hər iki komanda çempionatın zona mərhələsinə vəsiqə qazanıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory