Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumu

Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumu keçirilib.

APA-nın xəbərinə görə, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann bildirib ki, forumda Almaniyanın tibbi turizm üzrə püxtələşmiş mütəxəssisləri iştirak edirlər.

Almaniyanın Azərbaycandakı səfirliyinin iqtisadi attaşesi Heyke Möckel deyib ki, Azərbaycanla Almaniya arasında tibbi turizm üzrə əməkdaşlıq üçün çox geniş imkanlar var. İki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini vurğulayan attaşe qeyd edib ki, sabah keçiriləcək prezident seçkiləri Azərbaycan üçün önəmli tarixdir.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvü Malik Kərimov son 25 ildə Almaniyanın Azərbaycan səhiyyəsinə çox böyük dəstək verdiyini bildirib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov isə Azərbaycan səhiyyə sahəsində aparılan islahatlar haqda tədbir iştirakçılarını məlumatlandırıb.

Direktorun sözlərinə görə, ötən il 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb, 79 xəstədə endoprotezləşmə əməliyyatı aparılıb:

“2017-ci ildə dövlət hesabına 1106 xəstədə – 966 açıq, 140 qapalı ürək əməliyyatı icra olunub. O cümlədən, 266 uşaqda – 201 acıq, 65 qapalı kardiocərrahiyyə əməliyyatı icra edilib. Son iki ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb”.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev isə tibbi turizm üzrə Almaniya və Azərbaycan arasında əməkdaşlıq imkanları barədə danışıb.

Tədbirdə Berlin nümayəndə heyəti təqdimatlarla çıxış edib. Forum müəssisələrin nümayəndələrinin ikitərəfli görüşləri ilə başa çatıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory