Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başladı

Azərbaycanın Gürcüstandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, səfirlikdə yaradılmış seçki məntəqəsində səfirlik əməkdaşları ilə yanaşı qonşu ölkədə yaşayan, çalışan, təhsil alan və ezamiyyətdə olan seçki hüququna malik Azərbaycan vətəndaşları səs verirlər. Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunda da seçki məntəqəsi fəaliyyət göstərir.

Səsvermə saat 19.00-da başa çatacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory