“Azərişıq” cənub bölgəsində yenidənqurma işləri aparır

“Azərişıq” ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini Cənub regionunda da davam etdirir. 

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Cənub Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə ciddi işlər görülüb və hazırda görülməkdədir.

Belə ki, 2018-ci ilin ötən ayları ərzində Masallı rayonunun ərazisində 35 kV-luq Alvadı yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Eyni zamanda Alvadlı kəndində 35 kv-luq  yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenidən qurulub.  Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0.4 kV hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənib,  ərazilərə yeni Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılıb. Hazırda 35/10 kV-luq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulur,  Boradigah qəsəbəsində  0,4 kV-luq  hava xətti ÖİN kabellərlə əvəzlənir.

Lənkəran Elektrik Şəbəkəsində isə 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib. Bu yarımstansidan çıxan və Yuxarı Nüvədi, Mis kəndlərinə istiqamətində gedən 4 ədəd 10 kV –luq hava xətti tam yenilənib. Habelə Lənkəran Elektrik Şəbəkəsinin Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi qəsəbəsinin  0.4 kV-luq hava xətləri şəbəkələri ÖİN kabellərlə əvəzlənib, kəndlərə yeni KTM-lər qurlaşdırılıb.  Hazırda 110 kV-luq “Lənkəran 2” yarımstansiyasıın yenidənqurulma prosesi gedir, Xolmili, Şıxəkəran, Şağlaser kəndlərində yeni KTM -lər quraşdırılır.

Astara rayonunun Şahağacı kəndində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb.

Lerik rayonunun  Andurma və Şingədulan  kəndlərinin də  0.4 kV –luq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda anoloji proses rayonun Orand kəndində aparılır.

Cəlilabad rayonunda 110 kV-luq “Cəlilabad-2” yarımstansiyası yenidən qurulur, Köçəkli kəndlərində  0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəzlənərək sayğaclar çölə çıxarılır.

Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər qurlaşdırılır, 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəz edilir.

Biləsuvar rayonunun Köhnə Əmənkənd, Əliabad,  Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkə yenidən qurulub,  hazırda Bəydilli kəndində KTM-lər qurlaşdırılması üçün 0,4 kV-luq dayaqlar yenilənir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 19
  • 11
  • 1,018
  • 3,074
ILK-10 Azeri Website Directory