Azərbaycanın 2 universiteti dünya reytinqində

Aprelin 9-da  “Round University Ranking”  Beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələri təqdim edilib.  Reytinq  cədvəlinə  ikinci ildir ki, ABŞ-ın  Harvard Universiteti başçılıq edir.
Reytinqdə dünyanın 78 ölkəsindən 783 universitet təmsil olunub.   Reytinqin ilk 10-luğunda aşağıdakı universitetlər yer alıb: 1. Harvard University,  2. University of Chicago, 3. California Institute

of Technology (Caltech),  4. Imperial College London, 5. Stanford University 6. Massachusetts Institute of Technology (MIT), 7. Columbia University, 8. Northwestern University,9. Princeton University,  10. University of Cambridge. Beləliklə də ən yaxşı 10 universitet siyahısına  ABŞ-dan 8, Böyük Britaniyadan 2 ali məktəb daxil olub.
Reytinq sıralamasında Azərbaycanı Bakı Dövlət Universiteti (686-cı yer), Azərbaycan Memarlıq və İnşaat Universiteti (762-ci yer) təmsil edir (roundranking.com/ranking/world-university-rankings.html#world) .
Reytinqdə ABŞ 135,  Rusiya 70, Böyük Britaniya 67 ali məktəblə təmsil olunub. Rusiya sıralamada təmsil olunan ali məktəblərin sayına görə ikinci yeri tutub. Reytinqə daxil olmuş 70 Rusiya ali məktəbindən 10-u  top-500-lüyə daxil olub. Rusiyanın ən nüfuzlu ali məktəblərindən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 153-cü yerdə qərarlaşıb.  Reytinqdə universitetlər dörd istiqamət üzrə  qruplaşdırılmış 20 indikator üzrə  qiymətləndirilir: tədrisin  keyfiyyəti (40% ), tədqiqatların keyfiyyəti  (40%) beynəlmiləlləşdirmə (10%), maliyyə sabitliyi 10%)
 Oruc MUSTAFAYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory