Türkiyə baş naziri İlham Əliyevə təbrik məktubu göndərdi

Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. 

APA-nın məlumatına görə, məktubda deyilir: “Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram. 

Dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən bu seçkilərin şəffaflıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq.

Qardaş Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq inkişaf etməsində liderliyinizin rolu şübhəsiz ki, böyükdür.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda dərinləşərək irəliləməsindəki liderlik rolunuzun davam edəcəyinə və qarşılıqlı münasibətlərimizin qardaş xalqlarımızın xeyrinə olaraq daha da yüksək səviyyəyə çatacağına inamım qətidir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləklərimi, qardaş Azərbaycanın rifahı və sabitliyi naminə ən səmimi arzularımı çatdırıram”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 15
  • 6
  • 319
  • 1,655
ILK-10 Azeri Website Directory