Suraxanı rayonunda çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-ci il aprelin 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsində toplaşan çağırışçı

gənclər həkim komissiyasında tibbi müayinədən keçərək hərbi hissələrə yola salınırlar.
13 aprel 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin, SHXÇDX-nın Suraxanı rayon İdarəsinin, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev parkında çağırışyaşlı gənclərin hərbi xidmətə yola salınması münasibətilə təntənəli tədbir təşkil olunmuşdur. Təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin parkda ucalan abidəsini ziyarət etmiş, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra Vətən uğrunda qəhrəmancasına şəhid olmuş iğid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan SHXÇDX-nın Suraxanı rayon İdarə rəisinin müavini – Səfərbərlik  Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi Vüsal Həsənov bildirmişdir ki, çağırışçıların həyatında bu gün əlamətdar bir gündür. Onlar həqiqi hərbi xidmətə yola düşürlər. Son illərdə bütün sahələr üzrə çox sürətlə, yüksək templə inkişaf edən ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində də böyük işlərin həyata keçməsi nəticəsində Azərbaycanın müdafiə qüdrəti güclənmişdir. Bu gün ordumuzda döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz bunu 2016-cı ilin aprelində mənfur düşmənə göstərdi. Aprel zəfəri bir daha sübut etdi ki, növbəti hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın güclü ordusu qarşısında Ermənistan daha ağır məğlubiyyətə düçar olacaqdır.
Təntənəli yolasalma mərasimində çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, çağırışyaşlı gənclərimizin hərbi xidmətə yolasalma tədbirimiz ölkənin ictimai-siyasi həyatı üçün əlamətdar olan bir vaxta – 11 aprel 2018-ci il prezident seçkilərinin keçirildiyi və şanlı Azərbaycan Ordusunun Aprel qələbəsinin ikinci ildönümünün qeyd edildiyi günlərə təsadüf edir.
11 aprel 2018-ci il tarixdə xalqımız inkişafın, sabitliyin, yüksək sosial rifahın və güclü dövlətçiliyin tərəfdarı olmaqla, əsl namizədə – möhtərəm Prezidentimiz cənab İlham Əliyevə səs verdilər. Heydər Əliyev siyasətinə səs verdilər.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, son 15 ildə Müasir Azərbaycanın memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strategiyanın möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, müasir dövrün tələblərinə uyğun formada həyata keçirməsi nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, müdrik rəhbərliyi altında aparılmış işlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və yüksək döyüş qabiliyyətli 50 ordusu sırasına daxil olmuşdur. Silahlı Qüvvələrimiz 2016-cı ilin aprelində son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğal altında olan torpaqlarımızı azad etmək əzmi nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxmışdır.
Bu gün nəzarətə götürülmüş ərazilər əkilib-becərilir, Cocuq Mərcanlı kəndi qısa zamanda yenidən quruldu, burada Şuşa məscidinin oxşarını inşa edildi.
Böyük qürurla demək istəyirəm ki, bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir.
Rayon rəhbəri həqiqi hərbi xidmətə yola düşən gənclərə yaxşi yol arzuladı. Əmin olduğunu bildirdi ki, onlar şərəflə vətənə xidmət edəcəklər, vətənimizin təhlükəsizliyini ləyaqətlə qoruyacaqlar.

Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, valideyn Zeynəb Yusifova və digər çıxış edənlər çağrışçılara yaxşı yol arzuladılar. Çağrışçı   Bayram Dəmirçioğlu çağrışçılar adından şərəflə xidmət etməyə söz verdi.
Hərbiçilərin nümunəvi çıxışlarından sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək Fövqəladə Hallar Nazirliyi Akademiyasının orkestrinin səsləndirdiyi hərbi marşın sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşdülər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory