Kürdəmirdə çiyid səpininə başlanılıb

Cari mövsümdə rayonda 5030 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulub. Bu da əvvəlki ildəkindən 1003 hektar (2017-cı ildə 4027 ha) çoxdur. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
İlk olaraq səpinə Qarasu, Yenikənd, Atakişili, Karrar kəndlərinin ərazilərində start verilib.Qısa müddətdə 200 hektardan çox sahəyə

çiyid səpilib. Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və Kənd Təsərrüfatı MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Rayonda səpinə 27 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 15-20 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 15
  • 6
  • 319
  • 1,655
ILK-10 Azeri Website Directory