Ürkməzli kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilmişdir

Qazaxda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin iş planına uyğun olaraq “Aprel Zəfəri” mövzusunda toplantı keçirilmişdir. Tədbirdə Dəmirçilər və Ürkməzli kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər, Qarabağ Müharibəsi əlilləri və kənd ağsaqqalları iştirak etmişlər.

Tədbiri Qazax RİHB Aparatında ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq toplantı haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinç əhaliyə qarşı hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına həlak olan bütün şəhidlərimizin,o cümlədən Qazax torpağının övladları olan kapitan  Mühüd Orucovun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin keçdikləri qəhrəmanlıqlarla dolu şərəfli həyat yolu vətənin bütün oğulları üçün bir nümunədir. Onlar göstərdiklər ki, lazım gələndə oğullar vətən, onun torpaqlarının düşməndən qorunması üçün nə iş görməli, Vətən qarşısında öz borclarını necə yerinə yetirməlidirlər.
Bütün bunlara görə də onların keçdikləri döyüş yollarını, göstərdikləri qəhrəmanlıqları bütün gənclər və yeniyetmələr bilməlidirlər.
Bu gün Prezident İlham Əliyev cənablarının Ali Baş Komandan olduğu Milli Ordumuz, Aprel zəfəri və şəhidlərimiz bizim güvənc yerimiz və qürur mənbəyimizdir. Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın, Aprel şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycanın hər yerində onların xatirəsi əziz tutulur, adları əbədiləşdirilir, onların ailələrinə hər cür diqqət və qayğı göstərilir. Onlar Dövlət Başçısı tərəfindən vətənin ən yüksək fəxri adları, orden və medalları ilə təltif olunurlar.
Qazax rayonunda da hər il Aprel şəhidlərinin doğum və dünyasını dəyişdiyi günlər hörmətlə yad edilir, yas mərasimləri keçirilir. Onların hər birinin xatirəsinə Qazax şəhərinin mərkəzində bulaq kompleksləri tikilmişdir. Bu il kapitan Mühüd Orucovun xatirəsinə doğulduğu Fərəhli kəndinin giriş hissəsində, təmiz, saf dağ suyunun üzərində yeni bir bulaq kompleksi tikilmiş və ətrafında abadlıq işləri aparılmışdır. Həmçinin Qazax Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və ön sözü  ilə “Aprel döyüşləri” kitabı nəşr olunmuşdur. Bu kitabın nəşri bütün rayon sakinlərinin, əsgər və zabitlərin, gənclərin və bütün şəhid ailələrinin marağına səbəb olmuş və onlarda vətən torpağına olan məhəbbət hissini daha da artırmışdır.
Sonra çıxışlar olmuşdur. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, Qazax Cümə məscidinin imamı Zaur Budaqov Ürkməzli kənd tam orta məktəbinin direktoru İlqar Miralayev, Dəmirçilər kənd tam orta məktəbinin direktoru Elmira Abbasova, ǁqrup Qarabağ müharibəsi əlili Nazim Həsənov, kənd ağsaqqalı Şaiq Məmmədov və başqaları çıxış etmişlər.
Sonra hər iki məktəbə “Aprel döyüşləri” kitabı hədiyyə edilmiş və “Şəhadət” filmi nümayiş olunmuşdur.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 20
  • 15
  • 806
  • 2,680
ILK-10 Azeri Website Directory