Qazaxlı gənclər həqiqi hərbi xidmətə yüksək əhvali-ruhiyyə ilə yola düşürlər

Gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi həmişə Qazaxda da xoş əhvali-ruhiyyə ilə keçirilir. Növbəti yolasalma mərasimində də ənənə pozulmadı. 

Rayon mərkəzindəki Şəhidlər xiyabanından başlanan tədbirdə müqəddəs torpaqlarımız uğrunda şəhid olanların ruhuna dualar oxunduqdan sonra məzarlar üstünə, eləcə də xiyabandakı memorial

abidə önünə gül dəstələri qoyulmuşdur. Sonra tədbir iştirakçıları Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etmiş və önünə gül dəstələri düzmüşlər. Mərasim Gənclər Mərkəzinin qarşısında davam etdirilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 11 aprel prezident seçkilərinin uğurla başa çatması və görkəmli dövlət xadimi İlham Əliyevin xalqın dəstəyini qazanaraq yenidən Prezident seçilməsi münasibətilə bütün rayon sakinlərini təbrik etmiş, dövlət başçısına  ölkəmizin bundan sonrakı inkişafında da yeni-yeni nailiyyətlər arzulamışdır. Sonra Azərbaycanda ordu quruculuğu sahəsində qazanılan uğurlardan söz açılmışdır. Qeyd edilmişdir ki, 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusu nəyə qadir olduğunu sübuta yetirdi.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev, Böyük Vətən müharibəsi veteranı Xanqulu Süleymanov, Aprel döyüşlərinin iştirakçısı olmuş əsgər anası, rayon icra hakimiyyəti başçısının müavini Gülaya Həsənova, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev vətən qarşısında borclarını yerinə yetirməyə yola düşən çağırışçıları və onların valideynlərini təbrik etmiş, gənclərə ordu sıralarında hərbin sirlərinə mükəmməl yiyələnməyi arzu etmişlər.
Tədbirdə vətənə, müstəqil Azərbaycana həsr olunmuş şeirlər səsləndirildikdən sonra çağırışçılar musiqi sədaları altında hərbi hissələrə yola düşmüşlər.

 Sabir ƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 101
  • 26
  • 952
  • 4,941
ILK-10 Azeri Website Directory