Tovuzlu gənclərin bir qrupu hərbi xidmətə yola salınıb

Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanından hərbi xidmətə yola düşən gənclər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Sonra mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin rəisi Əli Əliyev və başqaları ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıb, hərbi xidmətə yola düşən gənclərə tövsiyələrini veriblər. Qeyd olunub ki, Milli Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa qadir olan bir qüvvəyə çevrilib.

Diqqətə çatdırılıb ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad edib və öz döyüş qabiliyyətini göstərib.

Çıxış edənlər hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırığını səylə yerinə yetirməyi tövsiyə ediblər.

Mərasimdə çağırışçı gənclərin valideynləri Rəna Nəsibova və Abdulla Bayramov çıxış edərək, hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayıblar.

Sonra çağırışçı gənclər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olublar.

Tədbirin sonunda çağırışçılar Azərbaycan bayrağının və müqəddəs Qurani-Kərimin altından keçərək hərbi hissələrə yola düşüblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory