Keçən il zaqatalalı fermerlərə əkin sahəsinin becərilməsinə görə 886 min manat dövlət yardımı verilib

Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamına uyğun olaraq, 2017-ci ildə Zaqatala rayonunda 7 min 141 nəfər torpaq mülkiyyətçisinə 13 min 915 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 886 min manat məbləğində yardım verilib.

Bundan əlavə, “Aqrolizinq” ASC tərəfindən fermer təsərrüfatlarına güzəştli qaydada 1177 ton mineral gübrə və 704 litr herbisid satılıb. Səhmdar cəmiyyətin rayon filialında olan kənd təsərrüfatı texnikaları vasitəsilə 1738 hektar sahədə aqrotexniki işlər yerinə yetirilib.

Heyvandarlığın inkişaf etdirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə ötən il rayonun təsərrüfatlarında süni mayalama yolu ilə 5 min 237 baş ana maldan 2 min 853 baş cins bala əldə edilib.

Prezidentin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, zaqatalalı heyvandarlara süni mayalanma yolu ilə alınmış buzovlara görə 2017-ci ilin 11 ayı üzrə 156 min 200 manat subsidiya verilib, dekabr ayı üçün isə 23 min 800 manat yardım hesablanıb.

Dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstəyinin nəticəsidir ki, 2017-ci ildə Zaqatala rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 12,9 faiz artaraq 122,9 milyon manat olub.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory