Altay Həsənov: Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil olunub

Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Azərbaycanın və Avropanın idman həyatında növbəti mühüm hadisədir.

Turnirə 25 ölkədən 400-dən çox idmançı qatılıb. Bizim artıq belə turnirləri keçirmək təcrübəmiz var. İdmançılarımızın nəticələri ilə bağlı deməliyəm ki, qarşımıza qoyduğumuz əsas məqsədə çatmışıq.

Belə ki, idmançılarımız Avropa oyunlarına lisenziyalar qazanıb. Azərbaycan millisinin üzvü Mixail Malkinin qızıl medal qazanması isə hamımızı çox sevindirir. Bizim sinxron tullanmalar üzrə idmançı qızlarımız Veronika Zemlanaya və Svetlana Makştareva da çox yaxşı çıxış etdilər və gümüş medal qazandılar. Hesab edirik ki, Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil olunub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

Federasiyanın yeniliklərə daim açıq olduğunu bildirən Altay Həsənov deyib: “Bizdə öyrənirik. Belə turnirlərin keçirilməsində yenilikləri də nəzərə alırıq. Bu il yeniliklər daha çox idi. Belə ki, Avropa çempionatının maskotu ABŞ-dan dəvət olunmuş professionallar idi. Bu bizim Federasiyanın kreativliyindn xəbər verir. Görürsünüz ki, tribunalar doludur. Burada valideynlərlə yanaşı, xarici qonaqlar və turistlər də çoxdur. Bu bizim arzularımızın reallaşmasıdır. Artıq medallara sevinirik. Bunlar hamısı son 15 ildə gerçəkləşdirilən düzgün fəaliyyətin nəticəsidir. Burda əlbəttə, Bakıda 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunlarının da rolu var”.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentinin sözlərinə görə bu il onları daha iki mühüm turnir gözləyir. Belə ki, bu ay növbəti dəfə Bədii Gimnastika üzrə Dünya Kuboku və Junior Trophy yarışları keçiriləcək. Həmçinin Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresi baş tutacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 239
  • 104
  • 1,461
  • 3,990
ILK-10 Azeri Website Directory