Milli Məclisin komitə iclasında “Məşğulluq haqqında” yeni qanun layihəsi müzakirə olunub


Aprelin 17-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə iclasda “Məşğulluq haqqında” yeni qanun layihəsi müzakirə olunub. Komitə sədri yeni qanun layihəsini şərh edib. Bildirib ki, yeni qanun layihəsi 5 fəsil, 34 maddədən ibarətdir.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ötən dövrdə ölkədə məşğulluq sahəsində dövlət siyasətini müəyyən edən zəruri qanunvericilik bazasının yaradıldığını, 2001-ci il iyunun 2-də “Məşğulluq haqqında” Qanunun qəbul olunduğunu bildirib. O diqqətə çatdırıb ki, ötən dövr ərzində məşğulluq haqqında qanunvericilik təkmilləşdirilib, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 5 avqust tarixli Fərmanı ilə “İşsizlikdən sığorta haqqında” Qanun təsdiq edilib.

Qeyd olunub ki, Azərbaycanda bazar münasibətlərinin inkişafı, bütün səviyyələrdə aparılan iqtisadi, sosial, institusional və siyasi islahatların uğurlu nəticələri işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni tələbləri müəyyən edir. Hazırda müzakirə olunan “Məşğulluq haqqında” qanun layihəsi də yeni iqtisadi inkişaf mərhələsində məşğulluq sahəsində formalaşan dövlət siyasətinin istiqamətlərinin təkmilləşdirilməsi zərurətindən irəli gəlib.

Sonra gündəliyə daxil olan “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişiklik texniki xarakter daşıyır.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 1,174
  • 3,909
ILK-10 Azeri Website Directory