Ana südü ilə qidalanmaya dair vəsait hazırlanıb

Ana südü ilə qidalanma uşaqların sağlamlığı üçün çox vacibdir. Doğuşdan sonra bir saat ərzində ana südü ilə qidalanma yeni doğulan körpəni infeksiyadan qoruyur və həyatını xilas edir. Südəmər yaşlı körpələr qismən və ya ümumiyyətlə ana südü ilə qidalanmasa, onların diareya və digər infeksiyalara yoluxma riski daha yüksəlir.

Ana südü ilə qidalanma əqli və fiziki inkişaf əmsalını, məktəbə hazırlıq səviyyəsini artırır, həmçinin analarda süd vəzi xərçəngi riskini aşağı salır.

Yuxarıdakıları əsas götürərək Səhiyyə Nazirliyi bir sıra beynəlxalq qurumlarla daim bu istiqamətdə layihələr tətbiq edir, tibb müəssisələrində, doğum evlərində maarifləndirici tədbirlər həyata keçirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ÜST və UNICEF də ana südü ilə qidalanmaya dair yeni vəsait hazırlayıb. Vəsaitdə göstərilən səhiyyə platformalara görə analar doğuşdan sonra bir saat ərzində əmizdirməyə başlaya və 6 ay ərzində müstəsna halda əmizdirməni davam edə bilərlər. Vəsaitdə də ilk altı ay ərzində müstəsna döş əmizdirmənin uşaq və ana üçün çoxsaylı üstünlüyü göstərilib. Körpələrdə mədə-bağırsaq infeksiyalarından və qida çatışmazlığından qorunma faktoru əsas götürülüb. Bu problem nəinki inkişaf etməkdə olan ölkələrdə, həmçinin inkişaf etmiş sənaye ölkələrində müşahidə edilir.

Bundan başqa, ana südü 6–23 aylıq uşaqlar üçün mühüm enerji və qidalandırıcı mənbədir. Ana südü vasitəsilə 6–12 aylıq körpələrin enerji ehtiyaclarının yarısından çoxunu, 12–24 aylarında isə bu ehtiyacların üçdə birini ödəmək mümkündür.

10 məsləhəti (addım) əhatə edən bu vəsait analara və yeni doğulan körpələrə xidmət edən tibb müəssisələrində ana südü ilə qidalandırma praktikasının genişləndirilməsinə kömək məqsədi daşıyır. İlk iki ilində bütün körpələrin döşlə əmizdirilməsi hesabına ildə 5 yaşınadək 820 min uşağı xilas etmək mümkündür.

Z.BƏŞİRQIZI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 77
  • 52
  • 1,084
  • 4,944
ILK-10 Azeri Website Directory