Şəmkir: 80 min tut tingi. Lakin bu da son hədd deyil

Şəmkir tezliklə ölkənin ən çox barama istehsal edən rayonlarından biri olacaq. Çünki bu rayonda kənd təsərrüfatının, eləcə də sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Dövlət başçısının tapşırığına əsasən kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün Şəmkirdə kompleks tədbirlər

planı həyata keçirilir və bütün bu işlərə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bilavasitə özü rəhbərlik edir. O tez-tez tut tingi basdırılan sahələrə gedir, işlərin gedişi ilə maraqlanır, bu sahədə gəlir götürmək istəyən kənd sakinlərini daha da həvəsləndirir, onlara lazımi köməklik göstərir. Bütün bunların nəticəsidir ki, ötən illərdə rayonda Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş 40 min tingdən yeni tut bağları salınıb. Rayon rəhbərliyi bununla kifayətlənməyərək onların sayının 80 minə çatdırılmasına nail olub.Lakin bu da son hədd deyil. Şəmkirlilər tezliklə barama istehsalı sahəsində rekord göstəricilərə nail olmağı, başlıcası isə yüksək məhsuldarlıq əldə etməyi nəzərdə tutublar və hazırda bütün qüvvələrini bu istiqamətdə cəmləşdiriblər. Elə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da iştirak etdiyi toplantı bu məqsədlə keçirilib və qarşıda duran vəzifələr hərtərəfli müzakirə olunub.
Toplantıda qeyd olunub ki, dövlət səviyyəsində həyata keçirilən stimullaşdırıcı tədbirlərdən sonra baramaçılıq sahəsinin də inkişaf edərək əvvəlki şöhrətinə çatacağı gözlənilir. Rayon rəhbəri deyib ki, baramaçılıq Şəmkir üçün çox önəmli sahələrdən biridir:

-Biz bu sahəyə xüsusi diqqət ayırmalıyıq. Ölkə Prezidenti cənab İlham Əliyev  Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin yaxın illərdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayarkən, bu sırada baramaçılığın da strateji məhsul kimi inkişafının vacibliyini qeyd edib.

Məlumat üçün bildirək ki, bu il Şəmkirin 36 yaşayış məntəqəsində kümçülərə ipəkqurdu toxumu veriləcək.

Hamlet Qasımov

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 62
  • 34
  • 959
  • 2,788
ILK-10 Azeri Website Directory