Mir Cəlal Paşayevlə bağlı kitabların təqdimatı oldu

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar üç kitabın təqdimatı keçirilib.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun elmi redaktorluğu ilə

yenidən nəşr olunmuş “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin, ADPU-nun professoru Təyyar Salamoğlunun “Mir Cəlal nəsri və müasirlik” və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiriHidayət Orucovun Qırğızıstanda rus və qırğız dillərində çap edilmiş“Mir Cəlal dünyasından sətirlər” kitablarının təqdimatına həsr olunmuş tədbirdərespublikamızın tanınmış elm xadimləri, müəllimlər və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Mir Cəlalın həyat və yaradıcılığından danışıb, təqdim olunan kitablarımüasir ədəbiyyatşünaslığımızın nailiyyəti kimi qiymətləndirib.

Mir CəlalınFiridun Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyini yenidən çapa hazırlamış Təhsin Mütəllimov ustadı hesab etdiyi görkəmli yazıçı ilə bağlı maraqlı xatirələrini söyləyib, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən bəhs edib.

“Mir Cəlal nəsri və müasirlik” kitabının müəllifi, ADPU-nun professoruTəyyar Salamoğlu əsər haqqında məlumat verərək,Mir Cəlal nəsrinin özəlliklərindən, onun Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən söz açıb.

Hidayət Orucovun “Mir Cəlal dünyasından sətirlər” kitabıhaqqında danışan müəllifin qızı, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova iştirakçılara görkəmli yazıçıya həsr olunmuş bu nəşr haqqında məlumat verib. Bildirib ki, həmin kitab dünyanın bir sıra dillərinə, o cümlədən qırğız dilinə də tərcümə olunaraq, qırğız ictimaiyyətinə təqdim edilib.

Daha sonra çıxış edənlər: ADPU-nun kafedra müdiri, professor Himalay Qasımov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli, BDU-nun professoru İfrat Əliyeva, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, yubilyarın qızı, BDU-nun Rus dili (humanitar fakültələr üzrə)kafedrasının müdiri, professor Ədibə Paşayeva Mir Cəlal irsindən ətraflı söz açıb və onunla bağlı xatirələrini bölüşüblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 256
  • 99
  • 1,393
  • 4,284
ILK-10 Azeri Website Directory