Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv ola bilər

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası öz işinə başlayıb. İclasda ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirlikdən verilən məlumata görə, sessiya çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatların dinlənilməsi, qərarların qəbul edilməsi, cari il və gələcək illər üzrə fəaliyyət planlarının, maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış qurumudur. BTİ ali təsisatları olan, 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və hər il sessiyası keçirilən Şura tərəfindən idarə olunur.

Şurada təşkilatın 193 üzv ölkəsindən yalnız 48-i təmsil olunur. 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014-cü ildə şuranın üzvü seçilib və qurumun fəaliyyətində fəal iştirak edib.

Azərbaycan bu ilin oktyabr-noyabr aylarında Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək Səlahiyyətli Konfransda yeni müddətə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. Ölkəmizin nümayəndəsi, həmçinin, Radio Tənzimləmə Bürosunun üzvlüyünə də təqdim edilib.

Sessiya zamanı şuranın gündəliyində olan məsələlərin müzakirəsində iştirakla yanaşı, seçkilərlə bağlı olaraq geniş təbliğat da aparılır. Çoxsaylı görüşlər keçirilir, ölkənin İKT sahəsində potensialı, nailiyyətləri haqqında ətraflı məlumatlar verilir.

Səfərin ilk günü BTİ-nin Baş katibi Haolin Zao ilə görüş keçirilib, ikitərəfli əlaqələr müzakirə edilib. Görüşdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov da iştirak edib.

Sessiya aprelin 27-dək davam edəcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 257
  • 100
  • 1,394
  • 4,285
ILK-10 Azeri Website Directory