Azərbaycan aliminin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

Məqalədə tədqiqat sahələrinin perspektivliyinin qiymətləndirilməsi üçün yeni indikatorlar təklif edilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin  “Tədqiqat sahələrinin perspektivliyinin qiymətləndirilməsi üçün yeni indikatorlar” adlı məqaləsi nüfuzlu “Annals of Library and Information Studies” jurnalında dərc olunub.

İnstitutdan verilən məlumata görə, məqalədə, bibliometrik göstəricilərdən (nəşrlərin və istinadların sayı) istifadə edərək İKT üzrə aparılan əsas tədqiqat sahələrinin dəyişilmə dinamikalarının qiymətləndirilməsi üçün diferensial metrikalar təklif olunub. Burada big data, hesablama biologiyası, bulud texnologiyaları, kiber-fiziki sistemlər, əlaqəli sistemlər, informasiya təhlükəsizliyi, əşyaların interneti, insan-maşın sistemləri, mobil texnologiyalar, maşın təlimi, maşın-maşın qarşılıqlı əlaqələri, cox-agentli sistemlər, neyron şəbəkələr, robotlar, vizuallaşma, əlavə edilmiş reallıq, SDN (software defined networking – proqramla təyin olunan şəbəkə), 5G, e-dövlət, ağıllı şəhər və ağıllı qridlər kimi tədqiqat sahələrinə müraciət edilib. Məlum olan indikatorlardan əlavə, daha iki növ inteqrasiya edilmiş diferensial indikator təklif olunub. Təklif edilmiş indikatorlar bibliometrik göstəricilərin dinamik dəyişmələrini daha aydın şəkildə nümayiş etdirməyə imkan verir ki, bu da öz növbəsində, tədqiqat sahələrinin perspektivliyinin qiymətləndirilməsi üçün çox əhəmiyyətlidir.

Məlumdur ki, mövcud olan indikatorlar bu və ya digər tədqiqat sahəsinin perspektivliyini tam şəkildə qiymətləndirməyə imkan vermir. Makro səviyyədə elmin inkişaf vektorlarını müəyyən edərkən yalnız elmmetrik yanaşmalar kifayət etmir və ekspert rəylərinə ehtiyac duyulur. Məqalədə təqdim olunmuş indikatorlar isə ekspert qərarlarının dəstəklənməsi üçün istifadə oluna bilər.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, “Annals of Library and Information Studies” jurnalı Web of Science  (Clarivate Analytics), Scopus (Elsevier) və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

Yusif  ƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory