“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 9 nömrəli Sərəncamına əlavə olaraq, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər
Kabinetinin üzvləri təyin edilsinlər:

1.1.  Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
– Muxtar Bahadur oğlu Babayev;

1.2.  Azərbaycan Respublikasının gənclər və idman naziri
– Azad Arif oğlu Rəhimov;

1.3.  Azərbaycan Respublikasının mədəniyyət naziri
– Əbülfəs Mürsəl oğlu Qarayev;

1.4.  Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
– Yavər Talıb oğlu Camalov;

1.5.  Azərbaycan Respublikasının səhiyyə naziri
– Oqtay Kazım oğlu Şirəliyev;

1.6.  Azərbaycan Respublikasının təhsil naziri
– Ceyhun Əziz oğlu Bayramov;

1.7.  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri
– Hicran Kamran qızı Hüseynova;

1.8.  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
– Fuad Rauf oğlu Muradov;

1.9.  Azərbaycan Respublikasının Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri
– Mübariz Qəhrəman oğlu Qurbanlı;

1.10.  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
– Səfər Məmməd oğlu Mehdiyev;

1.11.               Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
– Tahir Yaqub oğlu Budaqov;

1.12.  Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinin sədri
– Kərəm Əvəz oğlu Həsənov;

1.13.  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri
– Fuad Hümbət oğlu Nağıyev;

1.14.  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri
– Qoşqar İlahi oğlu Təhməzli;

1.15.  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
– Vüsal Əfqan oğlu Hüseynov;

1.16.  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
– Arzu Yusif oğlu Rəhimov.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2018-ci il

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 106
  • 34
  • 1,299
  • 4,290
ILK-10 Azeri Website Directory