“Karapetyanı danışıqlara başlamağa dəvət edirəm”

Ermənistanın müxalifət lideri Nikol Paşinyan ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanı danışıqlara dəvət etdiyini bəyan edib.  

Strateq.az saytı bu barədə yazır. “Ermənistan Respublika Partiyası Karapetyanı danışıqlarda səlahiyyətli nümayəndə

etmək qərarına qəlib. Biz bunu nəzərə alırıq və, əvvəlki kimi, danışıqlar prosesini bizim gündəliyimiz çərçivəsində davam etdirməyə hazır olduğumuzu bildiririk. Mən Karapetyanı sabah 12.00-da danışıqlara başlamağa dəvət edirəm”, – deyə  Nikol Paşinyan qeyd edib.

O, danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsinin vacibliyini vurğulayıb: “Bağlı qapı arxasında hakimiyyətlə danışıqlar aparmayacağıq”, – deyə Paşinyan əlavə edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla ölkədəki vəziyyətə dair danışıqlar aparıb.

Z. BƏŞİRQIZI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 256
  • 99
  • 1,393
  • 4,284
ILK-10 Azeri Website Directory