Vaşinqtonda Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib

Tədbir  Azərbaycan Demokratik  Respublikasının 100 illiyinə həsr olunub.

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ Milli Park Xidmətinin dəstəyi ilə ABŞ paytaxtının ən məşhur  tarixi məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.

Səfirlikdən verilən məlumata  görə  Azərbaycan Demokratik  Respublikasının  yaradılmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər çərçivəsində ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət göstərən “My Way” Mərkəzinin “Qafqaz Ritm” adlı uşaq rəqs qrupu Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Cefferson memorialı,Vaşinqton abidəsi, Linkoln memorialı və Ağ evin qarşısında valehedici Azərbaycan milli rəqslərini nümayiş etdirib.

Bu ilin aprel ayında Vaşinqton şəhərində qrupun rəhbəri Alyona Bədəlovanın rəhbərliyi ilə ifa olunan rəqslər ziyarətçilər tərəfindən maraqla qarşılanıb. A. Bədəlova rəqslərin milli mədəniyyətin tərkib hissəsi olaraq xarici ölkələrdə nümayiş etdirilməsinin  və Azərbaycan Demokratik Republikasının 100 illik yubileyində Azərbaycanın qədim mədəniyyətinin tanıdılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Rəqslərin nümayişi ilk olaraq məşhur Tomas Cefferson memorialından başlayıb, sonra Vaşinqton abidəsi və Linkoln memorialında davam etdirilib. Son olaraq Ağ evin qarşısında çıxış edən uşaqlardan ibarət rəqs qrupu “Yallı” və “Azərbaycan” rəqslərini ifa ediblər.“Yallı” ifa olunarkən ətrafda toplaşan çoxsaylı izləyicilər, şəhər sakinləri və turistlər rəqsə qoşulublar.

M.MÜKƏRRƏMOĞLU

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 19
  • 11
  • 1,018
  • 3,074
ILK-10 Azeri Website Directory