NDU-da ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş elmi konfrans

Naxçıvan Dövlət Universitetdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Plenar iclası giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Heydər Əliyev və Azərbaycanda təhsil quruculuğu” mövzusundakı çıxışında qeyd edib ki, təhsilin məzmunu, mahiyyəti, məqsədləri,

səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləyən ulu öndər  Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalıb, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib.

Bildirilib ki, böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu qeyd edib.

“Heydər Əliyev: Siyasi liderlikdən ümummilli liderliyə” adlı çıxışında AMEA Naxçıvan Bölməsinin Sədri, akademik İsmayıl Hacıyev vurğulayıb ki, öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə nəsib olub. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə siyasi liderlikdən əlavə, həm də ümummilli lider adını qazanır. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında azərbaycançılıq məfkurəsi dayanır.

AMEA Naxçıvan Bölməsi İncəsənət Dil və Ədəbiyyat İnstitunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Heydər Əliyev irsi və müstəqillik dövründə ədəbi dilimizin inkişaf məsələləri” adlı çıxışında qeyd edib ki, ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.

Plenar iclasdan sonra konfrans  “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və ictimai-siyasi həyat”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” olmaqla 3 bölmədə davam edib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory