“Azərbaycanın iqtisadi fundamenti çox güclüdür”

“Azərbaycanın iqtisadi fundamenti çox güclüdür”. 

“APA-Economics” xəbər verir ki, bunu “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd Sultan bin Sulayem Bakıda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin təşkilatçılığı və Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors – IAPH) dəstəyi ilə keçirilən “Gələcəyin Limanları: Qovşaqların Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adlı konfransda bildirib. 

Sultanın sözlərinə görə, hətta neft qiymətlərinin aşağı düşdüyü dövrdə dövlət öz infrastrukturuna investisiyalarını davam etdirib. “Bir çox ölkələrin dayandırdığı layihələri Azərbaycan özündə inkişaf etdirib, onları sona çatdırıb. Ona görə də  biz inanırıq ki, Azərbaycanın iqtisadiyyatı dözümlüdür, dayanıqlıdır. Ona görə də Ələt Azad Ticarət Zonasının, yeni limanın yaradılacağına inanırıq. Ələt limanına 25 milyon ton yük hədəf qoyulub. Mən inanıram ki, bu, əldə oluna biləcək rəqəmdir. Azad zona, liman dünyanın ən gözəl ideyasıdır. Bir tərəfdə limandır, bir tərəfdə azad zona,” – deyə Ə. Sultan bin Sulayem əlavə edib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 251
  • 98
  • 1,388
  • 4,279
ILK-10 Azeri Website Directory