Tələbələrimiz üçün yeni imkan

Massaçusets Texnologiya İnstitutu ADA-da yeni proqrama başlayır

Dünyanın  ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya  İnstitutu  (Massachusetts Institute of Technology -MIT)  özünün  ən  yenilikçi proqramı ilə Azərbaycana gəlir.  2018-ci ilin dünya reytinqinə başçılıq edən  MİT  Azərbaycanda iyunun  27-dən avqustun  10-na kimi  Cənubi Qafqazda ilk dəfə olaraq  azərbaycanlı tələbələr üçün Qlobal Startap Laboratoriyası  (Global Startup Labs)  proqramının tətbiqinə başlayacaq. MIT Global Startup Labs  bütün dünyada sahibkarlıq fəaliyyətinə başlayan gənclərə  biznesin idarə edilməsi təcrübəsini  öyrədir.  Bu proqram mobil texnologiyalar sahibkarlığı və proqram təminatı işləmələri ilə maraqlanan tələbələrimiz üçün unikal fürsət  hesab olunur.

Layihənin əsas məqsədi mobil/veb tətbiqinə əsaslanan startap (yeni texnologiya və innovativ ideyalara əsaslanan yeni şirkətlərin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompüter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir. Gənc ideya müəllifləri investorlar, Startap və İnkişaf Mərkəzlərinin nümayəndələri və ölkəmizin startap ekosisteminin aparıcı qurumları ilə görüşəcək. Məzunlar MİT-in qlobal startap və ideya müsabiqələrində iştirak edə biləcəklər. Bununla da Qlobal Startap Laboratoriyası gənc sahibkarların qlobal maliyyə, innovasiya və startap ekosistemlərinə çıxış imkanlarını genişləndirəcək. 6 həftəlik intensiv təlim  ölkəmizdə innovasiyalar və  startap  layihələrinin ən  böyük  dəstəkçilərindən olan “ADA” Universitetinin  kampusunda reallaşacaq.   Müasir dünyada  gənclər   üçün ən vacib keyfiyyətlərdən hesab olunan texniki və sahibkarlıq vərdişlərini  təkmilləşdirmək üçün tələbələrimiz mayın 29-a kimi  Massaçusets Texnologiya İnstitutunun  xüsusihttp://gsl.mit.edu/program/azerbaijan-summer-2018/ səhifəsində  qeydiyyatdan keçməlidirlər.  Tələbələr onlar üçün yaradılmış intensiv tədris düşərgəsində   komanda halında işləyəcək  və sonda mobil əlavələrini,   startaplarını istifadəyə buraxa biləcəklər.  Tələbələrimiz MİT-in təlimatçılarının rəhbərliyi ilə mobil və internet texnologiyalar sahəsində yeni layihələr işləyib hazırlayacaqlar.    Qlobal proqramda  real sahibkarlıq təcrübələrini  təqdim etmək üçün Azərbaycanın bir sıra universitetlərindən istedadlı tələbələr  iştirak edə bilər.

Qeyd edək ki,  proqramın Massaçusets Texnologiya İnstitutunda  istifadəyə verildiyi son 17 il ərzində  onun  köməyi ilə 20 ölkədə  gənc texnologiya sahibkarlarının  inkişaf etdirilməsinə nail olunub.   Proqramın Azərbaycanda reallaşması SOCAR AQS şirkətinin və  “ADA” Universitetinin tərəfdaşlığı ilə mümkün olmuşdur.
Onu da diqqətə çatdıraq ki, Global Startup Labs  təlim metodologiyasının əsası  MIT-in Menecment Məktəbininin (MIT Sloan School of Management) professoru Bill Aulet tərəfindən qoyulmuş prinsiplərə əsaslanır.  O, şəxsi biznesin qurulması üzrə praktik dərslik hazırlayıb.

Oruc MUSTAFAYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 88
  • 16
  • 712
  • 3,287
ILK-10 Azeri Website Directory