İşğal altında olan rayonların Ağsaqqallar Şurası və Veteranlar Birliyinin rəhbərləri ilə görüş keçirilmişdir

Mayın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  işğal altında olan rayonların Ağsaqqallar Şurası və Veteranlar Birliyinin rəhbərləri ilə görüş keçirilib.

Komitədən bildiriblər ki, komitə sədri Rövşən Rzayev Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi, elmi və mədəni həyatında yaxından iştirak etdiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin hər zaman Ağsaqqallar Şurasının və Rayon Veteranlar Birliklərinin cəmiyyətdəki rolunu yüksək qiymətləndirdiyini deyən sədr hazırda bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri qaçqın və məcburi köçkünlərə dövlət qayğısından danışaraq Prezident İlham Əliyevin hər zaman onların problemlərini diqqətdə saxladığını, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması yönündə ardıcıl və məqsədyönlü işlər gördüyünü bildirib.

O, Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını söyləyib.

Torpaqlarımızın işğalından danışan Xocalı veteranlarının nümayəndəsi Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu, dünyanın bu ədalətsizliyə ikili standartla yanaşdığını bildirib.

Komitə sədri Rövşən Rzayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan
“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən, kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirlərinin həyata keçirilməsi nəticəsində bir çox ölkə və beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdığını vurğulayıb.

AZƏRTAC

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 257
  • 100
  • 1,394
  • 4,285
ILK-10 Azeri Website Directory